metabolik sendrom

+90 554 496 68 90



Əməliyyatdan qabaq və sonra

Əməliyyatdan qabaq

Əməliyyatdan 1-2 gün əvvəl  xəstəxanaya qəbul proseduralarınız tamamlanır və sizə qanı duruldan dərmanlar, bağırsaqların təmizlənməsi üçün işlədici dərmanları veriləcəkdir. Qan şəkəriniz və yüksək təzyiqiniz kontrol altında olacaqdır. Əməliyyata girməkdən 1 gün qabaq  duru pəhriz başlayır (su, meyvə şirələri, şorba, çay, ayran, kompot kimi) və axşam saat 10-dan sonra hər hansı bir şey yiyib içməməlisiniz (Bu bağırsaqlarınızın təmiz qalmasını təmin edir, beləliklə imaləyə ehtiyac qalmaz, əməliyyat təmiz olar və infeksiya riski azalır).

Əməliyyat ərzində

Əməliyyat ərzində təzyiqinizi kontrol etmək üçün, avtomatik olaraq qan təzyiqinizi ölçəcək bir təzyiq aləti ilə, qanınızdakı oksigen doyğunluğunu kontrol etmək üçün barmağınıza bir oksigen ölçmə mili taxılacaq. Anesteziya və digər dərmanların axışını təmin etmək üçün əlinizdən və ya qolunuzdan damarın içinə çatdırılan kateterlər taxılacaq (əməliyyatdan sonra kifayət qədər maye qəbulu başladıqdan 3-4 gün sonra çıxardılır). Çəkisi çox olan və ya əlavə problemi olan xəstələrdə qanın təzyiqini və damar içindəki oksigen miqdarını ölçmək üçün əl biləyindən bir damar yolu açıır (bu da əməliyyatdan 1 gün sonra çıxardılır). Müntəzəm olaraq qıçlarınıza masaj etməsi üçün sıx uzun bir corab giyəcəksiniz. Bu corab, siz gəzməyə başlayana qədər, qıçlarınızdakı qan dövranını təmin edəcəkdir. Buna əlavə olaraq qıçlarınızda qanın bir yerdə yığılmasına mane olmaq üçün təzyiqli cihazlarla əməliyyat ərzində qıçlarınıza masaj tətbiq ediləcəkdir. Əməliyyatdan qabaq sizə sidik kateteri taxılacaqdır. Bu kateter, siz özünüz tualete getməyə başladığınız vaxt çıxarılır.

Əməliyyatdan sonra

  • Sizi nəzarət altında tutmaq üçün əməliyyatdan sonra ilk gün reanimasiyada qalmalısınız. Reanimasiyaya qəbul edilirkən, narkozun təsiri davam edəcəkdir.
  • Reanimasiyaya qəbul edildikdən sonra əllərinizi, ayaqlarınızı hərəkət etdirə bilər, özünüzü rahat hiss etdiyiniz bir pozisiyaya keçirdə bilərsiniz.
  • Qolunuzda hər 15 və ya 30 dəqiqədə bir qan təzyiqinizi ölçən bir təzyiq aləti olacaqdır. Əməliyyatdan sonra  oksigen miqdarının kontrol edilməsini təmin edəcək oksigen ölçmə mili barmağınızda olacaqdır.
  • Ayrıca, 2-4 saatlığına sizə oksigen maskası taxılacaqdır (normal bir şəkildə nəfəs ala bilərsiniz).
  • Əməliyyatdan sonrakı gün ərzində sadəcə su içə bilərsiniz. Ağızdan yeməniz kifayət səviyyəyə gələnə qədər, digər maye və zülallar sizə sistem vasitəsilə veriləcəkdir.
  • Ağ ciyərlərinizi gücləndirmək üçün əməliyyatdan 1 gün sonra nəfəs məşqlərinə başlamalısınız.
  • Əməliyyatdan 1 gün sonra oturub ayağa qalxarkən köməyə ehtiyacınız ola bilər, ayaqda qalanda bir neçə saniyə üçün baş gicəllənməsi yaşaya bilərsiniz. Ümumiyyətlə 2-3 günlük müddət ərzində duru qidalardan istifadə etməyə başlayacaqsınız. Hər 3 saatda bir kiçik porsiyalar şəklində yiyilməsi ideal olacaqdır.

Xəstəxanadan çıxış

a)      Əməliyyatdan ümumiyyətlə 4-5 gün sonra xəstəxanadan çıxa bilərsiniz.

b)      Aparılan əməliyyatdan asılı olaraq, duru və ya yarı-qatı yemək pəhrizinə davam etməli, yeməklərinizi 2-3 saat ara ilə yeməlisiniz.

c)       Gündəlik ən az 1.5 litr adi su içməlisiniz. Gündəlik sidik miqdarınız 1.5 litrdən çox olmalıdır.

d)      Bir ay ərzində mədə qoruyucusu (Pantoprazol tb 40 mq, gündə 1 ədəd) və 2 ay da öd kisəsini qoruyucu (Ursodeoksikolik turşusu 250 mq, gündə 2 ədəd)  istifadə etməlisiniz.

e)      Ağızdan yeməniz kifayət olana qədər vitamin siropu və kalsium əlavəsi qəbul etməniz lazım olacaqdır.

f)       Qan şəkərinin səviyyəsindən asılı olaraq əməliyyatınızdan sonra şəkəriniz normal səviyyəyə çatana qədər şəkər dərmanları qəbul etməli ola bilərsiniz.

g)      Gündəlik olaraq çəkinizi və qan şəkərinizi ölçərək qeyd etməniz lazımdır.

h)      Təzyiq dərmanına olan ehtiyacınız da azalacaqdır. Ancaq 15 gün ərzində təzyiqinizi ölçüb qeyd etməniz məsləhət görülür.

Sonrakı təqiblər

Sırası ilə əməliyyatdan sonrakı  1-ci ay, 3-cü ay, 6-cı ay, 1-ci il, 1.5-cı il və 2-ci ildə qan və sidik analizləri verməlisiniz. Kontrollar ərzində mədənin vəziyyətini gözdən keçirtmək üçün gastroskopiya aparıla bilər.

az.metabolikcerrahi.com saytının tərkibi məlumat üçün hazırlanmışdır, tibbi diaqnoz və müalicə xüsusiyyəti daşımır.
az.metabolikcerrahi.com saytının tərkibi icazəsiz və mənbə göstərilmədən köçürülə bilməz.
Sitemap
go to top