metabolik sendrom

+90 505 512 64 27


Mail: olivia@metabolikcerrahi.com


1-ci Tip Diabet Nədir?

Bədənimizin energiya ehtiyacı yeməklərimizdəki təməl qida elementləri olan karbohidrat, zülal və yağlardan təmin olunur. Əmilə bilmək üçün ən kiçik parçalara ayrılan bu qida elementlərinin ən vacibi “qlyukoza” adı verilən adi bir şəkərdir. Qlyukoza, başda beyin olmaq üzrə, bədənimizin bütün orqanlarının vacib bir energiya mənbəsidir. Hüceyrələr ehtiyacı olan qlyukozanı, mədənin arxasında olan mədəaltı vəzinin ifraz etdiyi bir hormonun köməyi ilə istifadə edir. Insulin olaraq bilinən bu hormon bədəndə əmələ gəlməz isə qəbul edilən qidalar energiya olaraq istifadə oluna bilməyəcəkdir. İnsulin hormonunun əskikliyinə bağlı olaraq meydana gələn şəkər xəstəliyinə 1-ci Tip Diabet deyilir. Hər yaşda görülə bildiyi kimi, daha çox uşaqlıq və gənclik yaşlarında başlayır, bu səbəblə “juvenil diabet” adı verilir. Ölkəmizdə 4 milyondan çox olduğu sayılan şəkər xəstələrinin 10%-i, yə”ni təxminən 400.000 şəxs bu tip şəkər xəstəsidir.

1-ci Tip Diabet xəstələri niyə metabolik Cərrahiyədən fayda görmür?

Metabolik cərrahiyyə tədbiqatları 2-ci tip diabet xəstələrinin bədənlərində olan, ancaq istifadə edilə bilməyən insulinin istifadə edilməsini təmin edir. 1-ci tip diabet xəstələrinin bədənlərində insulin olmadığı və ya çox az varsa da aktivlik göstərmədiyi üçün Metabolik Cərrahiyyə metodundan fayda görmürlər.

 

az.metabolikcerrahi.com saytının tərkibi məlumat üçün hazırlanmışdır, tibbi diaqnoz və müalicə xüsusiyyəti daşımır.
az.metabolikcerrahi.com saytının tərkibi icazəsiz və mənbə göstərilmədən köçürülə bilməz.
Sitemap
go to top