metabolik sendrom

+90 545 739 51 79


Mail: olivia@metabolikcerrahi.com


2-ci Tip Diabet Nədir?

2-ci tip diabet

Yaşlı insanlarda görülen diabetdir. Mədə altı vəz insulini istehsal edir, ancaq insulin müqaviməti səbəbi ilə bədən bunu lazım olduğu kimi istifadə edə bilmir. Daha çox 40 yaşdan böyük insanlarda ortaya çıxır.

Simptomları:

Poliureya (tez tez sidiyә çıxma)

Polidipsiya (çox su içmә)

Polifajiya (çox yemәk yemә)

Çəkidə artma və ya çəkidə azalma

Plazma qan qlyukoza səviyyəsinin yüksəlməsi (ac qarnına 126 mg/dl-dən yüksək olması)

Bunlardan başqa digər simptomlar

Ağız quruluğu

Yorğunluq

Bədəndəki yaraların gec sağalması

Quru və qaşıntılı dəri

Tez tez keçirilən infeksiyalar

Bulanıq görmə

Cinsi problemlər

Əllərdə, ayaqlarda və ya ağız əhatəsində keyime, qarışqalanma

2-tip diabetın səbəbi tam bilinməməklə bərabər bəzi risk qruplarında görülmə ehtimalı daha yüksəkdir. Bunlar:

Çəkisi artıq olan insanlar

Qidalanma alışqanlığı düzgün olmayanlar

Oturaqlı həyat tərzi olan (idmanla məşğul olmayan) insanlar

Ailədə başqa insanlarda diabet xəstəliyi olanlar

Hamiləlik ərzində diabeti başlayan və ya 4.5 kg-dan daha ağır uşaq doğanlar

Bir xəstəliyin və ya yaralanmanın stresini çəkənlər

Stresli bir həyatı olanlar

 

2-ci tip diabetin müalicəsinin əsasları nələrdir?

Birinci mərhələli müalicə planında:

  • Pəhriz, yə’ni qidalanma alışqanlıqlarının tənzimlənməsi
  • Həyat tərzinin dəyişdirilməsi
  • İdman proqramlarının tətbiq edilməsi yer alır

Əgər bu müalicə planı ilə qan şəkəri normal hədlər daxilində tutulmazsa ağızdan həb olaraq alınan şəkər düşürücü dərmanlar müalicəyə əlavə edilir. Ancaq bəzi xəstələrdə qan şəkəri səviyyəsini normal hədlər daxilində tuta bilmək üçün insulinə ehtiyac duyula bilər.  Bu hallarda uyğun dozada insulin iynələri ilə müalicə gücləndirilir.

Şəkər yüksəkliyi niyə vacibdir?

İnsulin, mədə altı vəz tərəfindən ifraz edilən və qana verilen bir hormondur. əsas vəzifəsi qandakı şəkəri (qlyukozanı) hüceyrələrin içinə daşımaqdır. Hüceyrələrdəki qlyukoza, gündəlik həyatımıza davam etməyə kömək edən ana energiya mənbəsidir. 2-ci tip diabet, ümumiyyətlə insulinin ifrazatında bir kifayətsizlik və/və ya hüceyrələrin bu hormona qarşı həssaslığının azalması nəticəsində inkişaf edir. Çünki, həzm sistemindən ötrü müqavimət hormonları və hüceyrə içindəki bəzi siqnal mexanizmləri ya insulinin hüceyrənin içinə girməsinə icazə vermir ya da hüceyrənin içindəki insulinə qarşı bir müqavimət əmələ gətirir. Bu vəziyyətə “insulin müqaviməti” deyilir. Müqavimət səbəbi ilə insulin normal funksiyasını yerine yetire bilmir. 2-ci tip diabetdə başlanğıcda insulinin ifrazatı artır, ancaq artan insulin ifrazatı da qandakı yüksək şəkər səviyyələrini azalda bilmir. İnsulin, vəzifəsini yerinə yetirə bilməyincə, qidalarla aldığımız şəkər və digər qida elementləri ehtiyac olan hüceyrələrə girə bilmir. Bundan ötrü, hüceyrələrdə şəkər azlığı yaşananda, qandakı şəkər səviyyələri normal dəyərlərdən yüksək çıxır. Qandakı şəkərin çox artması, zəhər təsiri yaradır və bədənin bütün hüceyrələrini zədələyir.

2-ci tip diabet müalicəsində metabolik cərrahiyyə

2-ci tip diabet xəstələrindəki insulin müqavimətinin həm hüceyrədən qabaq həm də hüceyrənin içində elementləri var. Bu vəziyyətdə, xüsusilə həzm sistemindəki müqavimət hormonları bir “qalxan” kimi hüceyrələrin ətrafını əhatə edərək insulinin hüceyrə içinə girişinə mane olacaq rol oynayır. Metabolik Cərrahiyyə tədbiqatları nəticəsində həzm sistemindəki müqavimət hormonları zəifləyir. Hüceyrənin ətrafındakı bu “qalxan” açılır və insulin asanlıqla hüceyrənin içinə girir. Buna oxşar şəkildə əməliyyatdan 2-3 ay sonra yağ, zülal mübadiləsi və qara ciyər yağlanması və zədəsi də düzəldiyi üçün hüceyrə içi siqnal göndərmə mexanizmləri tərsinə dönür. Nəticədə, Metabolik Cərrahiyyə tədbiqatlarından sonra xəstələrin qan şəkərləri, xolesterol və triqliserid səviyyələri ilə bərabər, təzyiq yüksəkliyi, artıq çəki, qara ciyər yağlanması, göz-böyrək zədələnməsi və ayaq yaraları kimi problemləri tək bir əməliyyat ilə həll edilmiş olur.

Kimlər metabolik cərrahiyyə üçün namizəddir?

  • Uyğun müalicəyə baxmayaraq qan şəkərini kontrol altına ala bilməyən xəstələr
  • Göz, ürək, böyrək, qara ciyər, ayaqlar kimi orqanların zədələnməsinə bağlı simptomları yaşayan xəstələr
  • Ciddi çəki problemi olan xəstələr
az.metabolikcerrahi.com saytının tərkibi məlumat üçün hazırlanmışdır, tibbi diaqnoz və müalicə xüsusiyyəti daşımır.
az.metabolikcerrahi.com saytının tərkibi icazəsiz və mənbə göstərilmədən köçürülə bilməz.
Sitemap
go to top