metabolik sendrom

+90 542 296 64 20


Mail: info@metabolikcerrahi.com


Alper Çelik

  • dr alper celik

    Alper Çelik

    Alper Çelik 26.02.1975-ci ildə Aksaray şəhərində doğuldu. Orta məktəbinin ilk siniflərini İskenderun Namık Kemal İlkokulu, sonrakı sinifləri isə İskenderun İstiklal Makzume Anadolu Lisesi-ndə tamamladı. 1993-cü ildə Ankara Universtiteti Tibb Fakultetində tibb təhsilinə başladı. 2000-ci ildə Ankara Onkologiya Təhsil və Araşdırma Xəstəxanasında ümumi cərrahiyyə ixtisasına başladı və 2004-cü ilində ixtisasını tamamladı. Alper Çelik 2005-ci ildə Tokat Qaziosmanpaşa Universtitetindəəvvəlcə müəllim olaraq, sonrasında da Köməkçi Dotsent Həkim olaraq müəllim vəzifəsində işlədi. 2007-ci ildə Professor Həkim Fumio Konişi-nin dəvətlisi olaraq Yaponiya Saitama Medical Center of Jichi Medical University-də “clinical and research fellow” olaraq işlədi. Bu müddətdə iki ədəd tədqiqat layihəsini tamamladı və eyni müddətdə Həkim Kaazunori Kasama ilə bərabər işləmək və araşdırma aparmaq imkanına nail oldu. 2008-ci ildəəvvəlcə Braziliya Sao Paolo Sao Camilio Hospital-da Həkim Ricardo Cohen və Həkim Louis Berti ilə işlədi. Sonrasında Hindistan-da Həkim Muffazal Lakdawala və Həkim Suren Ugale ilə birlikdə işlədi. Bu müddətdə 1-ci ACMOMS (1st Asian Consensus Meeting on Metabolic Surgery) yığıncağında səsvermədən məsul üzv olaraq iştirak etdi.

    Alper Çelik 2009-cu ildə hərbi vəzifəsini Ankara Gülhane Hərbi Tibb Akademiyasında tamamladı. Bu müddətdə Etimesgut Askeri Xəstəxanası tərəfindən tərtib edilən Metabolik Sindrom Simpoziumunda çıxış etdi. 2010-cu ildəəvvəlcə, İtaliyanın Genuya şəhərində IFSO-nun o perioddakı sədri və “Obesity Surgery” Jurnalının baş redaktoru Professor Həkim Nicola Scopinaro-nun yanında BPD (Biliopankreatik Diversiya) əməliyyatının təlimini aldı. Eyni il ərzində Qaziosmanpaşa Universtitetindəki vəzifəsindən ayrılaraq Universal Hospitals nəzdindəki Yeni Yüzyıl Universiteti-ndə Köməkçi Dotsent Həkim olaraq işləməyə başladı.

    Alper Çelik 2010-cu ildəəvvəlcə Hindistan-ın Hiderabad şəhərində İleal İnterpozisiya Əməliyyatı iləəlaqədar 1-ci Dünya Workshop yığıncağında iştirak etdi və bu əməliyyat iləəlaqədar olaraq Həkim Surendra Ugale və Həkim Aureo DePaula ilə işlədi. 2011-ci ildə Yaponiyada aparılan IFSO-APC (International Federation For Surgical Treatment of Obesity and Related Disorders-Asia Pacific Chapter) toplantısında sədrlik etdi və konsensus konfransında səsvermədən məsul olaraq vəzifəsini yerinə yetirdi. 31 Avqust – 3 Sentyabr 2011 tarixləri arasında Almaniya Hamburq-da təşkil edilən 16-cı Dünya Kongressində iştirak etdi.

    2011-ci ilin İyun ayında Dotsent olan Alper Çelik, 2011-ci ilin Sentyabr ayında Universal Taksim Alman Xəstəxanası nəzdində Metabolik Cərrahiyyə Bölməsini qurdu. 2012-ci ilin Fevral ayında əvvəlcə Sinqapurda təşkil edilən Metabolik Cərrahiyyə yığıncağında (The Asia-Pacific Workshop on Metabolic Surgery for Type 2 Diabetes), sonra da Hindistanın Hiderabad şəhərində aparılan 2-ci İleal İnterpozisiya Workshop yığıncağında iştirak etdi və sonrasında Hindistanın Bangalor şəhərində aparılan Metabolik Cərrahiyyə Konsensus Konfransında Konsensus sədri olaraq vəzifə gördü.

    16-18 Fevral 2012 tarixlərində İspaniyanın Malaqa şəhərində aparılan “Diabetes Surgery BMI 24-34. How and Why” adlı təşkilatda iştirak etdi. 26-28 Aprel 2012 tarixlərində İspaniyanın Barselona şəhərində aparılan IFSO-EC (International Federation For Surgical Treatment of Obesity and Related Disorders-European Chapter) toplantısının Metabolik Cərrahiyyə yığıncağında və 23-27 May 2012 tarixləri arasında İzmir şəhərində təşkil edilən 18-ci Milli Cərrahiyyə Kongressində Metabolik Sindrom və Cərrahi Müalicə” başlıqlı yığıncaqlarda çıxışlar etdi.

    Həkim Çelik 16 İyun 2012 tarixində İstanbul Taksim Alman Xəstəxanasında aparılan “Qalça bağırsağın İnterpozisiyası” Simpoziumunda da təşkilatçı olaraq vəzifə aldı və çıxış etdi. Sonrasında, 20 Oktyabr 2012-ci tarixində yenə Taksim Alman Xəstəxanasının nəzdində “1-ci Milli Qalça Bağırsaq İnterpozisiyası” adlı Workshop təşkilatını müvəffəqiyyətlə tərtib etdi. 2012-ci ilin sonlarında sıra ilə 15 Noyabr 2012-ci ildə Antaliya şəhərində tərtib edilən 1-ci “Piylənmə və Metabolik CərrahiyyəWorkshopu”, 22-23 Noyabr 2012 tarixləri arasında Frankfurt şəhərində tərtib edilən 7-ci “Frankfurter Meeting” Yığıncağı və 30 Noyabr-1 Dekabr tarixlərində Konya şəhərində tərtib edilən “Piylənmə və Metabolik xəstəliklərdə cərrahi metodlar” mövzulu simpoziumda çıxış etdi.

    6-8 Fevral 2013 tarixləri arasında İstanbulda tərtib edilən “Excellence in Diabetes” adlı bir yığıncaqda iştirak etdi. Sonrasında eyni il 8-9 Mart-da “Piylənmə Simpoziumu və Piylənmə ilə Mübarizə” Platformasında iştirak ederək çıxış edən Alper Çelik, 8 Aprel 2013 tarixində tərtib edilən “Abant Diabet Günləri” toplantısında iştirak etdi. 10-13 Aprel 2013 tarixləri arasında Tayvan-da tərtib edilən “IFSO APC Meeting” kongressində toplantı sədri və çıxış edən olaraq iştirak etdi. 17-21 Aprel 2013 tarixləri arasında Antalya şəhərində tərtib edilən 49-cu Milli Diabet Kongressində çıxış edən Alper Çelik, 22 May 2013 tarixində Almaniya Türk Universtitetlilər və Akademiklər Dərnəyinin dəvətlisi olaraq Köln Universtitetində tərtib edilən Metabolik Cərrahiyyə mövzulu simpoziumda çıxış etdi. Eyni il May və İyun aylarında Azərbaycan və Gürcistanda tərtib edilən informativ toplantılar və seminarlarda Metabolik Cərrahiyyə iləəlaqədar məlumatlar verdi. Yenə eyni ilin May ayında Qazaxıstandakı Əsfəndiyarov Universtitetində 2-tip diabetin cərrahi müalicəsi adlı bir seminar verdi.

    28-31.08.2013 tarixləri arasında tərtib edilən IFSO (International Federation for Surgical Treatment of Obesity and Related Disorders) 18-ci dünya kongresinin tərtib heyətində yer aldı. Yığıncağın sədri vəzifəsini gördü və çıxış etdi, ayrıca Həkim Surendra Ugale ilə bir ədəd canlı əməliyyat həyata keçirtdi. Sonrasında 5-8 Sentyabr 2013 tarixlərində Bodrum şəhərində  tərtib edilən Metabolik Sindrom Simpoziumunda iştirak etdi. Son olaraq, 2-6 Oktyabr 2013 tarixləri arasında tərtib edilən ELCD (Endoskopik Laparoskopik Cərrahiyyə Dərnəyi) 2013 kongressində çıxış etdi. Dotsent Həkim Alper Çelik əla dərəcədə İngilizcə, orta dərəcədə Almanca və Japonca bilməkdədir. Evlidir və bir uşağı var.

     

     

 

az.metabolikcerrahi.com saytının tərkibi məlumat üçün hazırlanmışdır, tibbi diaqnoz və müalicə xüsusiyyəti daşımır.
az.metabolikcerrahi.com saytının tərkibi icazəsiz və mənbə göstərilmədən köçürülə bilməz.
Sitemap
go to top