metabolik sendrom

+90 554 496 68 90



Bədən Baxımı

Ayaq Baxımı

Şəkər xəstəliyi, yəni diabet, tarix ərzində cəmiyyətlərin ən mühim sağlamlıq məsələlərindən biri olmuşdur. Yeni müalicə metodları və hazırlanan dərmanlar sayəsində qan şəkərinin səviyyəsi kontrol altında tutula bildiyindən ötrü, diabetin ölümcül olan fəsadlarından ketoasidoz və hipoqlisemiya artıq daha nadir görülür. Diabet, müalicəsi olmayan, ancaq düzgün bir baxımla kontrol altında tutula bilən xroniki bir xəstəlikdir. Qanın şəkər səviyyəsi nə qədər kontrol altında olsa da, uzun periodda əmələ gələn fəsadlara mane olmaq ümumiyyətlə mümkün olmur. Hansı fəsadın daha güclü şəkildə meydana gələcəyi, xəstələr arasında fərqlilik göstərir. Bunların əksəriyyəti qanın dövranı ilə əlaqədardır. Damarlar adətən kobudlaşmış, qan elementlərinin funksiya qabiliyyəti azalmışdır. Zədələnən orqandan asılı olaraq fərqli xəstəlik profilləri ortaya çıxır. Böyrəklərdə nefropatiya, gözlərdə retinopatiya, əl və ayaqlarda nevropatiya və ya diabetik ayaq bunlardandır.

Ölkələr və xalqlar arasında diabetin ümümi cəmiyyətə nisbəti 6-7 faizdir. Amerikalı qırmızıdərililərdə bu nisbət 50-60%-dir. Diabetli xəstələrin xəstəxana müraciətlərinin 20%-nin səbəbi ayaq problemləridir. Ümumiyətlə cəmiyyətdə tətbiq edilən ayaq kəsmə əməliyyatlarının 50-70%-i qədərinin diabetli xəstələrdə olduğu təyin edilmişdir. Barmağı kəsilən bir diabet xəstəsində, ikinci dəfə kəsmə ehtiyacı riski 2 il ərzində 50% olur. Diabet xəstələrinin sadəcə 30%-i tamamən ayaq problemlərindən uzaqdır və ən azından 15%-də ayaqlarında yara açılır. Diabetik ayaq əmələ gəlməsinin səbəbi 3 ana başlıqda dəyərləndirilir:

1 – Damar strukturalarında pozulmalar (angiopatiya)

2 – Qanın kimyasında dəyişmələr (hemoreolojik)

3 – Periferik sinirlərdə pozulmalar (nevropatiya)

1 – Əvvəllər diabetli xəstələrin kapilyarlarında pozulma olduğu və bu səbəblə yara əmələ gəldiyi və bu yaraların və kəsik xətlərin sağalmadığı düşünülürdü. Aparılan tədqiqatlar bunun doğru olmadığını göstərmişdir. Bu xəstələrdə damarsal problem vardır, ancaq kiçiklərdə deyil, böyük diametrli damarlardadır. Diabetik ayaqlarda meydana gələn damar tıxanmaları ümumiyyətlə diz çuxurunun düz altındakı böyük damarlarda olur. Bu səbəblə bu xəstələrdə bu səviyyədəki damarların açıqlığı, rəngli doppler ultasəs və ya angioqrafia ilə qiymətləndirilir. Əgər kifayət qədər açıqlıq və funksiya varsa, yaranın ana səbəbi damar deyil deməkdir.

2 – Diabetli xəstələrdə bütün sistemlərdə olduğu kimi qan və immunitet hüceyrələrində də qismən funksiyalarda pozulma olur. Qan hüceyrələri bərkiyir və kapilyarlardan keçməsi çətinləşir, ondan ötrü də oksigen daşıma sistemi pozulur. Immunitet hüceyrələrində funksiyada zəiflik, infeksiyalara həssaslıq artır.

3 – Diabetik nevropatiya. Bütün bu təsirlərin yanında bu xəstələrin ayaqlarında yara inkişafının əsas səbəbi diabetik nevropatiyadır.

Sinirlər, onurğanın içindəki onurğa beyinindən başlayaraq ayaq və barmaq uclarına doğru irəliləyir. Irəlilədikləri yolun içində bəzən dar anatomik yerlərdən keçirlər. Dirsək (kubital) və bilək (karpal) tunelləri əl sinirləri üçün nümunədir. Qılçalarda isə ayaq biləyi (tarsal) tuneli ən çox sıxışmanın olduğu yerdir. Bəzi insanlar, tunelləri doğuşdan daha dar olduğundan ötrü və ya tunelin içində artıq əzələ toxuması kimi səbəblərlə sinirlərin sıxılmasına meyillidirlər. Ancaq diabetiklər, iki mühim səbəbdən ötrü bu tunellərdə sinir sıxılmalarına daha çox məruz qalırlar.

Şəkər xəstələrində bu təzyiqə olan həssaslığın birinci vacib səbəbi, sinirlərin şişməsidir. Sinir toxumasının içinə girən bol miqdarda qlyukoza şəkəri bir başqa şəkər olan sorbitola çevrilir. Sorbitol, kimyəvi xüsusiyyətindən ötrü özünə su çəkir və sinir toxuması su ilə şişir. Şişən bir sinirin onsuz da dar olan sahələrdə təzyiqə məruz qala biləcəyi hipotezası da əvvəldən bəri bilinir.

İkinci səbəb diabetik sinirlərdə daşıma sisteminin pozulmasıdır. Normalda sinir gövdəsi ilə ucu arasındakı məlumat rabitəsi, kimyəvi maddələrin sinirin içində tibulin adı verilən strukturlar vasitəsilə daşınması ilə olur. Diabet xəstələrində bu daşıma sistemi pozulmuşdur. Əgər sinir bir yerdə sıxışmağa bağlı olaraq zədələnməyə başlamışsa, o yerin bərpası üçün bu daşıma sistemi ilə lazımi materialların gəlməsi lazımdır. Daşıma sistemi pozulsa, artıq sinir özünü bərpa edə bilməz ve çox yüngül bir təzyiq belə ağır simptomlara səbəb ola bilər.

Diabet xəstələrində nevropatiya çox fərqli şəkillərdə ortaya çıxsa da, ən çox görülən forması, əvvəlcə ayaqların, sonra da əllərin tutulmasıdır. Ümumiyyətlə, əl və ayaqların barmaq uclarında keyimə və sancma hiss edilir. Başlanğıcda bu şikayətlər ara sıra ortaya çıxarkən, vaxt keçdikcə sabit hala gəlir. Bu problemlər artaraq yuxuları pozmağa, yuxudan oyandırmağa başlayır. Uzun vaxtdan sonra ayaqlardakı keyimə o qədər artır ki, ayaqqabılar ayağı sıxmağa başlayır, suyun istilik dərəcəsi hissedilməz hala gəlir. Ayrıca əl və ayaqlarda gücdən düşmə olur.

Nevropatiya irəlilədikcə, ağrı ilə birlikdə hiss itkilərindən başqa, həmçinin alınan siqnalların azalması səbəbi ilə əzələ əriməsi də başlayır. Bu vəziyyət, xarakteristik deformasiyalarla nəticələnir. Əldə sinir yaralanmaları nəticəsində əmələ gələn pəncə əl deformasiyasına oxşar şəkildə ayaqlarda pəncə deformasiyası əmələ gəlir. Bu deformasiya olanda ayağa gələn yük ayaq barmaqlarında, metakarp başlarında olur. Bu həddən artıq yük, bu sahələrdə yara açılması ilə nəticələnir. Son periodlarda isə, əzələ dəstəyindən məhrum qalan ayaq tabanı çökür və sallanan kresloya bənzər bir ayaq əmələ gəlir. Bu hala gəlmiş ayaqda artıq hər an yara açıla bilər və bunun geri dönüşü də imkansızdır.

 

 

az.metabolikcerrahi.com saytının tərkibi məlumat üçün hazırlanmışdır, tibbi diaqnoz və müalicə xüsusiyyəti daşımır.
az.metabolikcerrahi.com saytının tərkibi icazəsiz və mənbə göstərilmədən köçürülə bilməz.
Sitemap
go to top