metabolik sendrom

+90 554 496 68 90



Diabet və Piylənmə

Piylənmə, yə`ni köklük, bədəndəki artıq yağ toxuması və çəkidir. Piylənməni müəyyən edən genetik təsirlər, ətraf mühitə bağlı təsirlər, sosial-ekonomik vəziyyət, metabolik xəstəliklər, dərmanlar kimi bir çox faktor var. Ümumiyyətlə xəstələr, səbəbi daha çox bu faktorlara bağlamağa meylli olsalar da,  piylənmənin ən vacib səbəbi, həddindən çox qida qəbul etməkdir.

Günümüzdə iş həyatının gərgin tempi, mətbəxə ayrılan vaxtın azalması, tez və asan hazırlanıb istifadə edilən yeməkləri daha çox həyatımızın içinə salmışdır. Bu qidalar da, tərəvəz və meyvədən uzaq, çox miqdarda şəkərli, yağlı və yüksək kaloriyalı yeməklər olub, xüsusilə də uşaqların və gənclərin ağız dadına daha xoş gəlir. İdmandan uzaq həyat yaşayaraq, ən qısa məsafələr üçün belə maşından istifadə etmək, xüsusilə də kompyuter ve televizorun qarşısında keçirilən vaxtlar da buna əlavə ediləndə, piylənmənin qabağına keçmək imkansız olur.

Piylənmə, sadəcə estetik bir problem olmayıb, bir çox xəstəliyin ortaya çıxmasını asanlaşdırır. 2-ci tip diabet, yüksək təzyiq, arterosklerotik ürək xəstəlikləri, menstrual sikl pozuntuları, hamiləlik fəsadlarında artma, öd kisəsindəki daşlar, yağlı qara ciyər, yuxu apnoesi, osteoartrit, depressiya bunlardan bir neçəsidir.

Piylənmənin müəyyən edilməsində ən vacib ölçü, bədənin yağ nisbətidir. Bu nisbət, qadında 20-25%, kişidə isə 15-18%-dir. Lakin, bu ölçmə həssas olsa da, tətbiq edilməsi də çətin bir metoddur. Bu səbəblə, daha asan tətbiq edilən Bədən Kütlə İndeksindən (BKİ) istifadə edilir. BKİ, çəkinin boyun kvadratına bölünməsi ilə əldə edilir. İdeal olan, 20-25 kq/m2-dir. 25-30 kq/m2 olan artıq çəkili; 30 kq/m2-dən çox olan piyli; 40 kq/m2-dən çox olan isə xəstə piyli sayılır.

Piylənmədə, bədənin yağı artır demiştik. Bu yağın bədənin hansı hissələrində olduğu da vacibdir. Qarın və belin ətrafında artan yağ toxuması, diabet riskini daha çox artırır. 2-ci tip diabet ilə piylənmə arasında çox yaxın əlaqə olub, 2-ci tip diabet olan xəstələrin 80%-i kökdür. Piylənmə, insulin müqavimətinə səbəb olur, bu da diabetin əmələ gəlməsini asanlaşdırır. Piylənmə eyni vaxtda diabetin müalicəsi və qan şəkərinin kontrolunu da çətinləşdirir. Arıqlama və idman ilə qan şəkərinin kontrolu daha asan olur, ağızdan qəbul edilən anti-diabetik dərman dozaları da piyli xəstələrə nisbətən daha az olur.

Diabet və piylənmə arasındakı bu yaxın əlaqə düşünüldükdə, qabaqcadan alınacaq tədbirlər ilə nəticələrin sevindirici olacağı aydındır. Son illərdə aparılan tədqiqatlar göstərmişdir ki, həyat tərzindəki dəyişikliklər Pozulmuş Qlyukoza Tolerantlığının (PGT), 2-ci tip diabetə doğru inkişaf etməsinin qabağını alır. Məsələn, Finnish Diabetes Prevention Study-də göstərilmişdir ki, arıqlama, yüksək lifli, az yağ tərkibli pəhriz və artmış fiziki hərəkətlərlə, Pozulmuş Qlyukoza Tolerantlığı olan və artıq çəkili şəxslərdə 2-ci Tip Diabetə gediş 58% nisbətində azalmışdır.

Piylənmə də, diabet və yüksək təzyiq kimi xroniki bir xəstəlik olaraq nəzərə alındıqda, müalicəsi çətin və uzundur. İdman, alçaq kaloriyalı pəhriz, psixolojik dəstək kimi çox sayda komponenti olan piylənmə müalicəsindən əvvəl, piylənmənin əmələ gəlməsinin qabağını almaq həmişə olduğu kimi daha da vacibdir. Bu səbəblə də, bunun, həyatın ilk illərindən başlayaraq, əhəmiyyət verilməli bir mövzu olduğu unudulmamalıdır. Uşaqların qidalanmasındakı səhv davranışlar, piylənmənin bünövrəsini hazırlayır. Çünki uşaqlıqda yağ hüceyrələri və adipoz toxuma kütləsindəki artma, piylənmənin hazırlayıcısıdır. Piyli insanlarda bu adipoz toxuma kütləsi, normal şəxslərdən 5 qat daha çoxdur. Bilindiyi kimi pəhriz saxlamaq da yağ hüceyrəsinin sayını deyil, böyüklüyünü azaldır.

Yemə vərdişləri, hərəkətsiz bir həyat tərzi, gələcəkdəki illərdə piylənmənin daha da artan bir sıxlıqda davam edəcəyini göstərir. Ancaq sevindirici olan, əvvəllər köklük, sağlam olmanın işarəsi ikən, günümüzdə ciddi bir sağlamlıq problemi olaraq görülür. Bu mövzuya veriləcək əhəmiyyət və aparılacaq təlimlərlə, köklüyün bir zənginlik simvolu olmadığı, hətta bir çox xəstəliyi də bərabərində gətirdiyi öyrədilərsə, başda diabet olmaq üzrə, bəzi xəstəliklərin ortaya çıxmasının qabağı alına bilər və ya geciktirilə bilər və müalicələri asanlaşa bilər.

 

 

 

 

 

az.metabolikcerrahi.com saytının tərkibi məlumat üçün hazırlanmışdır, tibbi diaqnoz və müalicə xüsusiyyəti daşımır.
az.metabolikcerrahi.com saytının tərkibi icazəsiz və mənbə göstərilmədən köçürülə bilməz.
Sitemap
go to top