Gizli Şəkər
Xalq arasında “gizli şəkər” olaraq adlandırılan bu vəziyyət, normal qlyukoza balansı ilə diabet arasındakı metabolik vəziyyəti ifadə edir.
Normalda açlıq plazma şəkəri <110 mg/dl olmalıdır. Açlıq plazma şəkərinin 110 mg/dl-dən çox, ancaq <126 mg/dl-dən az olması “Pozulmuş Qlyukoza Tolerantlığı” olaraq göstərilir.
Buna oxşar şəkildə, “Şəkər yükləmə testi” aparılan şəxslərdə 2-ci saatdakı plazma qlyukoza səviyyəsinin 126 mg/dl və ya daha çox, ancaq 200 mg/dl-dən az olması da “Pozulmuş Qlyukoza Tolerantlığı” olaraq adlandırılır. Bu vəziyyətdəki şəxslərin gün ərzindəki qan şəkərləri normaldır və onlarda diabetin klassiki simptomları görülmür. Bununla bərabər, bu şəxslər 2-ci tip diabet üçün ən riskli qruppada olduqları üçün həyat tərzlərini yenidən tənzimləməlidirlər.