Metabolik Cərrahiyyə Haqqında Hər Şey
Xalq arasında şəkər xəstəliyi olaraq bilinən diabet, son illərdə bütün dünyada artış göstərməkdədir. Diabet xəstəliyi səbəbi ilə tətbiq etdiyiniz müalicə metodu nədir? Hansı diabet xəstələri bu müalicədən fayda görür və kimlər bu müalicə üçün namizəddir?
Bizlər, 2-ci tip diabet xəstələrini əməliyyat metodları istifadə edərək müalicə edirik. Buna Metabolik Cərrahiyyə adı verilməkdədir. 2-ci tip diabet xəstəliyinin klassik alqoritması təhsil, pəhriz, fiziki hərəkətlər və dərman istifadəsidir. Ancaq, bütün bu müalicələrə baxmayaraq xəstəlik bəzən irəliyəyə bilər. Hətta, çoxlu insulinin istifadəsinə baxmayaraq istənilən nəticələr alına bilməz. Məhz belə bir vəziyyətdə də Metabolik Cərrahiyyə, təsirli bir müalicə alternativi olaraq diqqəti çəkir.
Bu müalicə metodları 1-ci və 2-ci tip diabetdə fərqlilik göstərir?
Əlbəttə. 1-ci tip və 2-ci tip diabet tamamən birbirindən fərqli xəstəliklərdir. 1-ci tip diabetdə insulin ifrazatı olmur. 2-ci tip diabetdə isə bədən insulini ifraz edir, ancaq bunu istifadə edə bilmir. Biz sadəcə 2-ci tip diabet xəstələrinə kömək edə bilirik. Yə`ni bədənin istifadə edə bilmədiyi insulinin doğru şəkildə istifadə edilməsini təmin edirik.
2-ci tip diabetdə klassik müalicə metodları kifayət olmadığı üçün mü əməliyyat metoduna ehtiyac vardır?
2-ci tip diabet çox faktorlu, heterogen və dinamik bir xəstəliklər spektrumudur. Sadəcə hormonal deyil, nevral, psixogenik və ətraf mühitə bağlı faktorların da rol oynadığı bir prosesdir. Klassik müalicənin təməl daşları pəhriz və fiziki hərəkətdir. Ancaq heç kim ömür boyu pəhriz saxlaya bilməz və idmanla məşğul ola bilməz. Hətta sadəcə 3 il ərzində istənilən səviyyədə pəhriz saxlayan və fiziki hərəkətlə məşğul ola bilən xəstələrin nisbəti də heç bir araşdırmada 5%-dən çox deyildir. Dərmanla müalicə də xəstəliyin ümumi gedişini dəyişdirməkdə kifayət olmayıb, ancaq “günlük” müalicə sayıla bilər. Uyğun xəstələrdə 2-ci tip diabet və ona bağlı orqan və iş qabiliyyəti itkisi ilə təsirli bir şəkildə mübarizə aparmaq istəyirsək, daha radikal, ancaq bir o qədər də rasional müalicələr tətbiq etməliyik.
Onda belə çıxır ki ən radikal və rasional müalicə Metabolik Cərrahiyyədir?
Əslində ən radikal və rasional müalicə qida industriyasını, şəhir planlamalarımızı və otomobil sənayesini manipulyasiya edə bilməkdir. Məsələ yeməklərdə və həyat tərzindədir. Ancaq bu mərhələdə heç bir insan, quruluş və hətta dövlətin belə bir tədbir alacağını düşünmürəm.
Bəs əməliyyat bu vəziyyətə necə təsir göstərir?
Müasir çağın insanları olaraq bizlər qida, sənaye və industriya ilə dolu şəhər həyatına adaptasiya ola bilmədik. Son 25 illik period ərzində yediyimiz qidaların tərkibləri dəyişdi. Artıq inkişaf etmiş şəhərlərdə yaşayan haradasa hər kəs rafinləşdirilmiş, yə`ni müəyyən proseduralardan keçərək işlənmiş qidalardan istifadə etməkdədir. Bu qidalar nazik bağırsağın orta hissəsinə gəldikdə, bio-kimyəvi mənada həzm edilmiş sayılırlar. Geriyə sadəcə, qida tərkibi çox azaldılmış lət qalır. Nazik bağırsağımızın başlanğıc bölməsindən insulin müqavimət hormonları, son bölməsindən isə insulin həssaslıq hormonları ifraz edilir. Son hissəyə gələn qidanın tərkibi zəiflədikcə həssaslıq hormonlarının effekti də azalır. Bizlər əməliyyatla nazik bağırsağın başlanğıc və son hissələrinin yerini dəyişdirərək insulin müqavimət hormonlarını aktiv hala gətiririk.
Qandakı şəkər səviyyəsinin davamlı yüksək olmağı bədənimizdəki orqanlara necə təsir göstərməkdədir?
Hər iki diabet növü də damar divarına zərər verərək orqanların zədələnməsinə səbəb olurlar. Orqanların zədələnməsi, hansı yerdə hansı tip damarların zərər görməsindən asılı olaraq dəyişiklik göstərir. Çəki problemi olan xəstələrdə ümumiyyətlə orta və böyük ölçülü damarlarda zədələnmələr, buna bağlı ürək tutması və iflic kimi probləmlərə səbəb olmaqdadır. Daha az çəkili xəstələrdə isə ümumiyyətlə kiçik və orta ölçülü damarlara təsir göstərərək göz, böyrək və ayaq kimi orqanlarda özünü biruzə verir. Ancaq, arada mütləq istisnalar ola bilər.
Siz hansı mərhələdə əməliyyatı məsləhət görürsünüz?
2-ci tip diabetdə orta və böyük ölçülü damar zədələnmələri xəstəliyin diaqnozu qoyulmaqdan qabaq başlayır. Ümumiyyətlə, xəstələrin əksəriyyətində diaqnoz qoyulanda 2-3 ildir bu xəstəliyə düçar olduqları qəbul edilir. Təsəvvür edin ki, diaqnoz qoyulduğu anda artıq damarlarınızda bu xəstəliyin təsiri mövcuddur. Buna baxmayaraq, 2-ci tip diabetin ümumiyyətlə mülayim bir gedişi vardır. Yə`ni, fəsadların əksəriyyəti illər ərzində yavaş yavaş özünü biruzə edir. Bu səbəblə “hiyləgər” bir xəstəlik olaraq da bilinir. 2-ci tip diabet xəstəsi izləndikdə ümumiyyətlə 10-12 illik bir müddət ərzində, öz insulin ehtiyatlarını xərclədiyi qəbul edilir və bu perioddan sonra orqanların zədələnməsinə aid siqnallar özünü göstərməyə başlayır. Xəstələrin də ümumiyyətlə bizə müalicə üçün müraciət etdiyi dövr budur. Xəstələrin çoxu elə bilir ki hər şey yolundadır və ona görə də əməliyyat olmaq istəmirlər. Qısaca, bizim bir diabet xəstəsinə əməliyyat ilə kömək edə bilməmiz üçün ya standart müalicələrlə şəkərini kontrol altında tuta bilməməlidir ya da orqanlarında zədələnmə işarələri olmalıdır. Əlbəttə, orqan zədələnməsi olmadan və insulin ehtiyatları tam bitmədən müraciət etmənin də çox müsbət nəticələri var.
Dediniz ki “xəstələr elə bilir ki hər şey yolundadır”. Bəs həqiqət nədir?
Dünya Sağlamlıq Təşkilatı, Amerikan Diabet Fondu, Beynəlxalq Diabet Federasiyası kimi bir çox təşkilat 2-ci tip diabet ilə əlaqədar olaraq müəyyən standartları həyata keçirtməyə çalışırlar. Bu tədbirlər də 2-ci tip diabetin müalicəsi üçün müəyyən məqsədlər qoymuşdur. Ən yaxşı klassik müalicə kombinasiyalarında belə xəstələrin 50%-dən azında istənilən məqsədlərə çatmaq mümkün olmaqdadır.
Metabolik Cərrahiyyənin bu sahədə nəticələri necədir?
Əməliyyat olduqdan sonrakı 10 illik müddət ərzində xəstələrin 90%-də şəkər səviyyəsi kontrol altında tutulur.
Əməliyyat qərarı necə verilir?
Burada ən vacib olan şey xəstənin, 2-ci tip diabet olmasından əmin olmaq. Ancaq bu kifayət deyil. Xəstədə müəyyən səviyyədə insulin ehtiyatı və aktivliyi olmalıdır. Buna əlavə olaraq, yağ toxuması səbəbi ilə insulin müqavimət hormonları pozitiv və insulin ifraz edən hüceyrələrə zərər verən maddələr də normal olmalıdır. Əlbəttə ki ən vacib olanı, xəstənin qan şəkəri və ya digər metabolik sindrom elementlərini kontrol altında tuta bilməməsi.
Digər metabolik sindrom elementləri nələrdir?
Yüksək təzyiq, artıq çəki, xolesterin və digər qan yağlarının yüksək olması.
Bu müalicə üsulunun adı nədir və necə aparılmaqdadır?
Metodun adı İleal İnterpozisiya (Qalça Bağırsağın İnterpozisiyası) əməliyyatıdır. Bu metod, mə`də, on iki barmaq bağırsaq və nazik bağırsaqları əhatə edən bir əməliyyatdır. Mə`dənin sol üst xarici hissəsi bağlanaraq götürülür, mə`də ilə on iki barmaq bağırsağı arasındakı birləşmə yeri bağlanaraq mədə`nin istiqaməti aşağıya çevirilir və nazik bağırsağın başlanğıc hissəsi ilə son hissəsinin yeri dəyişdirilir.
Siz bu ana qədər neçə xəstəyi bu metodla müalicə etdiniz və nəticələri nələrdir?
Mən indiyə qədər klinikamızda 500-ə yaxın xəstəni İleal İnterpozisiya metodu ilə müalicə etdim. Nəticələr göstərir ki, xəstələrin 90%-dən çoxunda dərman və insulinə ehtiyac olmadan qan şəkərini kontrol altında tutmaq mümkündür.
Şəkərli diabet xəstəsi olan bir şəxsin əməliyyatdan sonrakı dövrdə bu problemi aradan qalxır? Bu xəstə artıq dərman vəya insulindən istifadə etmir və əgər etmirsə bu müvəqqəti bir perioddur yoxsa bütün həyatı boyunca davam edəcək?
2-ci tip diabet xəstəsinin bu əməliyyatdan nə qədər fayda görəcəyini təyin edən faktor, öz insulin ehtiyatı və aktivliyidir. Nə qədər çox insulin ehtiyatı varsa və aktivliyi nə qədər yüksək isə müvəffəqiyyət şansı da o qədər yüksəkdir. Ancaq, bir vacib şey də yaddan çıxardılmamalıdır ki, diabetin hormonal, nevral və psixogenik təməlləri vardır. Bu əməliyyatlar diabetin sadəcə hormonal istiqamətini müalicə edirlər. Yə`ni kobud şəkildə desək, hormonal olaraq kontrol altına aldığımız bir xəstə, hər hansı bir səbəblə qüssələnərsə, sevinərsə, əsəbiləşirsə qan şəkərində bir dalğalanma olacaqdır. Əslində, bu tip dalğalanmalar şəkər xəstəsi olmayan insanlarda da olur. Ancaq, şəkər xəstəsi olmayanlarda dalğalanmanın müddəti və şiddəti daha kiçik miqyaslı olur. Əməliyyatdan sonra da bu dalğalanma daha yüngül formada özünü göstərir və daha qısa müddətdə normala qayıdır. 2-ci tip diabet müəyyən bir müddət ərzində dəyişkən bir gediş göstərən dinamik bir xəstəlikdir. Burada əhəmiyyətli olan, 3 aylıq ortalama qan şəkəri dəyərləri və orqan zədələnməsinin olub olmamağıdır. Bu nöqteyi nəzərdən baxanda, 10 illik bir müddət ərzində xəstələrin 90%-dən çoxunda kontrol təmin ediləcəkdir.
Əməliyyatdan sonra mədəaltı vəzin insulin ifrazatı, pəhriz saxlamadan qidalanmaq üçün kifayət olur, yoxsa əməliyyat ilə müalicə olan xəstələr geridə qalan həyatlarında davamlı pəhriz saxlamalıdırlar?
On ildən sonra və irəliləyən illərdə əməliyyatın təsiri getdikcə azalır. Çünki iki təbii proses başlayır. Birincisi yaşlanırıq. Yaşlandıqca da əzələ kütləmiz və əzələ aktivliyimiz azalır. Ikincisi isə, ümumi maddələr mübadiləsi sürətimiz yavaşlayır.
Bu əməliyyatlar bədənin insulin xərcləmə sürətini azaldır. Buna baxmayaraq, hər il insulin ehtiyatlarımızın funksiyaları da azalacaqdır. Burada qeyd etmək istəyirəm ki, əməliyyatdan sonrakı dövrdə bədənin insulin xərcləmə sürəti azalır. Yə`ni, bədən insulin ehtiyatlarını daha qənaətli şəkildə istifadə etməyə başlayır. Bu əməliyyatlardan sonra müəyyən bir pəhriz olmur. Onsuz da insulin müqaviməti olan bir xəstə, pəhriz saxlamağa davam edəcəksə niyə əməliyyat olsun ki. Lakin əməliyyatdan sonra qidalanma ilə əlaqədar bə`zi əhəmiyyətli dəyişikliklər olur. Bunları belə sıralaya bilərik:
– Əməliyyat olmuş şəxslər çox acımırlar. Yemək seçimləri və yeməyə baxışları dəyişir.
– Kiçik porsiyalarda yemək yiyirlər və bu yeməklər xəstələri daha uzun müddət tox tutur.
– Istəsələr belə çox yemək yiyə bilməzlər. Amma onsuz da çox yemək istəmirlər.
Əməliyyat necə aparılır? Əməliyyatdan sonrakı dövr necə keçir?
Bu əməliyyat laparoskopik (qapalı) olaraq həyata keçirilməkdədir. Yə`ni qarın nahiyyəsində uzun bir kəsmə deyil, kiçik deşiklər açılaraq aparılır. Əməliyyatın ən böyük narahatçılığı texniki olaraq çox çətin olmağı, çox ciddi bir təhsil və texniki qabiliyyət tələb etməsidir. Əməliyyatdan bir neçə saat sonra xəstələr su içməyə başlayırlar. 3-4 gün duru yeməklərlə qidalandıqdan sonra yavaş yavaş yumşaq tərəvəz yeməklərinə başlamaq mümkün olur. 6-cı aydan sonra hər cür yeməyi yiyə bilərlər.
Bu müalicə metodunun yan təsirləri var? Varsa hansılarıdır?
Bu mövzunu əməliyyat sonrakı ilk müddət və gələcək illərdəki gec müddət fəsadları olaraq ikiyə ayırmaq lazımdır. Hər əməliyyat üçün müəyyən edilmiş bir fəsad nisbəti var və üst həzm sistemi əməliyyatlarında bu nisbət hardasa 10%-dir. Bu əməliyyatlarda da eyni nisbət olur. Bunların arasında qanaxma, infeksiya, sızma, narkoza bağlı problemlər yer alır. Mənim öz xəstələrimdə bu fəsad nisbəti 6%-dir. Yə`ni kitabi nisbətlərdən aşağıdadır. Uzun müddətdə isə ortaya çıxa biləcək 2 problem var. Bunlardan biri yırtıqdır. Əməliyyat aparılan deşiklərdən və ya içəridən yırtıq əmələ gələ bilər. Bunun nisbəti 1%-dir. Bir digər mümkün problem isə öd kisəsində daş və ya palçıq yaranma riskidir. Bunun nisbəti 12%-dir. Öd qoruyucu dərmanlar ilə bu nisbət 5%-ə qədər azala bilər. Ancaq mən, əməliyyat ərzində öd kisəsində şişlik, ödəm, yapışıqlıq kimi bir iltihab işarəsi görsəm, öd kisəsini götürürəm. Beləcə, bu risk də sıfıra düşür.
Bu əməliyyatın, piylənmə xəstələrinə tətbiq edilən müalicə metodlarından fərqi və mənfi-müsbət cəhətləri nələrdir?
İşin əsas nöqtəsinə baxanda, piylənmə əməliyyatlarında birinci məqsəd kilo kontroludur. Şəkərin kontrolu bu əməliyyatların bilavasitə nəticəsidir. Onsuz da ciddi kilo problemi olan bir xəstədə sadəcə arıqlayarak da qan şəkərini böyük ölçüdə kontrol edə bilərsiniz. Ancaq digər tərəfdən, piylənməsi olmayan şəkər xəstələrində vəziyyət daha fərqli və çətindir. Piylənməsi olan xəstələrdə əsas problem, yağ toxumasının çoxluğuna bağlı insulin müqavimətidir, lakin çox ciddi kilo problemi olmayan xəstələrdə mədə altı vəzi, nazik bağırsaq və qara ciyər toxuması mənbəli müqavimət hormonları əhəmiyyətlidir. Bu xəstələrdə sadəcə arıqlama ilə qan şəkəri kontrolunu təmin edə bilməzsiniz. Belə xəstələrdə daha geniş və birdən çox hormonal məqsədi olan əməliyyatları tətbiq etmək lazım olacaqdır. Bütün bunları həyata keçirə biləcəyiniz tək əməliyyat da İleal İnterpozisiyadır. Ayrıca, nazik bağırsaqda bypass və ya diversiya əməliyyatı kimi piylənmə əməliyyatlarından sonra xəstələr ömür boyu vitamin və mineral qəbul etməlidirlər. Lakin İleal İnterpozisiya əməliyyatından 1 il sonra xəstələrin vitamin və mineral dəstəyinə ehtiyacı olmaz. Tam mənada müstəqil bir həyat yaşayarlar.
Əməliyyat olan xəstələrinizin, gündəlik həyata qayıtmaları üçün nə qədər müddət lazımdır? Nələrə diqqət etməlidirlər?
Əməliyyatdan sonrakı ilk 3-4 həftəlik dövr bir öyrəşmə və ya adaptasiya prosesidir. Bu periodda bədən təptəzə bir maddələr mübadiləsinə öyrəşməyə çalışır. Qan şəkəri və təzyiq dəyərlərində dalğalanmalar olur. Xəstələr bu dövrdə özlərini halsız və iştahsız hiss edirlər. Burada qeyd etməliyəm ki, necə ki şəkərli diabet xəstəliyinin hərkəsdə fərqli bir gedişi varsa, əməliyyatdan sonrakı sağalma periodu da insandan insana dəyişir. Əməliyyatdan sonrakı sağalmanı təyin edən bir neçə faktor var. Məsələn kişi xəstələr qadınlarla müqayisədə, gənc xəstələr də yaşlılarla müqayisədə daha sürətli sağalma göstərirlər. Əlbəttə, xəstə olaraq keçirilən müddət, bu müddətin necə keçirildiyi, orqan zədələrinin varlığı və şiddəti də sağalma prosesinə təsir edir. Ancaq, ümumiyyətlə 3-4 həftəlik bir müddətin sonunda, bədən yeni maddələr mübadiləsinə (metabolizminə) alışır və bunun nəticəsində xəstə, özünü daha yaxşı hiss etməyə başlayır. Enerji səviyyəsi, gündəlik hərəkətlər tədricən artır və gecə yuxuları tənzimlənir. Səhərlər dincəlmiş və təzələnmiş olaraq oyanır. Bu mərhələdən sonrakı həyat möcizəvidir. Bizim bu dövrdəki məsləhətimiz, xəstələrin ac və susuz qalmamaqları, dəstək dərmanları və vitaminləri vaxtında qəbul etmələri, gündəlik 15-20 dəqiqə gəzmələridir. Bunlardan başqa biz özümüz də gündəlik, həftəlik və aylıq izləmə proqramları təşkil edirik.
Əməliyyatdan sonra gündəlik həyatlarına qayıdan xəstələri gözləyən daimi mənfi cəhətlər var? Varsa bunlar nədir?
Xəstələr əməliyyatdan sonrakı periodda yeni bir qidalanma rejiminə öyrəşməlidir. Daha tez tez və kiçik porsiyalar yeməlidirlər. Onsuz da bir şəkər xəstəsinin xəstəlik müddətində hər həkimdən eşitdiyi məsləhət də budur. Əməliyyatdan sonra isə bu, öz özünə inkişaf edir. Ancaq, bu yeni qidalanma şəklinə öyrəşmək vaxt apara bilər. Ilk 3-4 aylıq öyrəşmə periodunda hər xəstə 2-3 dəfə ishal olur. Ishal hallarını izləyərək uyğun şəkildə müalicəsi olduğu müddətcə də bir problem olmayacaqdır.
Əməliyyatın dünya miqyasındakı başlanğıcı hansı ölkədədir və neçə müddətdir ki tətbiq edilməkdədir?
Bu əməliyyatın çıxış yeri Braziliyadır. Braziliyalı cərrah Aureo De Paula tərəfindən dünya tibb ədəbiyyatına bəxş edilmiş bir metoddur. Braziliyada 1999-cu ildən bəri tətbiq edilməkdədir.
Dünyada başqa hansı ölkələrdə bu metod tətbiq edilməkdədir? Bu ölkələrdəki əməliyyatların nəticələri nədir?
Bu əməliyyat dünyada cəmi 6 ölkədə 8 cərrah tərəfindən yerinə yetirilməkdədir. Nəticələr, bütün metabolik sindrom komponentlərində 90%-dən çox kontrol əldə edildiyini göstərir.
Bu müalicə metodunu tətbiq edən həmkarlarınız ilə bildiklərinizi bölüşürsünüz?
GASRD (Global Association for Surgical Treatment and Research on Diabetes) adlı bir təşkilat var. Bizlər bu təşkilatın daxilində məlumatları paylaşırıq. Bundan başqa illik və iki illik beynəlxalq toplantılarımız və kongress tədbirlərimiz də olur.
Ölkəmizdə və Avropa Birliyi ölkələrində son illərdə diabet xəstəliyi getdikcə artır. Aparılan tədqiqatlardan da ortaya çıxır ki, bə`zi ölkələrdə bu nisbət əhalinin 15%-nə qədər çatır. Sizin həyata keçirtdiyiniz metodun, 2-ci tip diabet xəstəliyi üçün uzun müddətli və təsirli bir müalicə olduğu görülür. Bu müalicə metodunun daha geniş ətraf mühitlərə izah edilməsi və Avropadakı həmkarlarınız ilə müzakirə edilməsi üçün toplantı və konfranslarınız olacaq mı? Olacaqsa, hansı tarix və yerlərdə təşkil ediləcəkdir?
Mən təhsil ilim ərzində hardasa hər ay öz ölkəmdə və ya xarici ölkədə toplantı və tədbirlərdə iştirak edərək, bu müalicə metodunu izah edirəm. Son iki il ərzində Yaponiya, Hindistan (Hiderabad və Yeni Delhi), Sinqapur, Almaniya (Hamburq və Frankfurt), İspaniya (Malaqa və Barselona) və öz ölkəmizdə 6 toplantıda iştirak etdim. Müxtəlif prezentasiya və çıxışlar etdim. Bir yandan da bu mövzu ilə əlaqədar bir kitab yazmağa, yeni cərrahlar yetiştirməyə və hardasa 15 qədər də internet saytını təşkil etməyə çalışıram. Ömrüm bəs etdiyi qədər da izah etməyə davam edəcəyəm. Mən həyatımı bu işə həsr etdim.