Nəticələrimiz
Ölkəmizdə xidmət göstərən tək metabolik cərrahiyə mərkəzi olaraq xalqımızı və cəmiyyəti aydınlatmaq barədə məsuliyyətimiz olduğunu bilirik. Bu məqsədlə, günümüzə qədər müalicə etdiyimiz xəstələrimizə aid bütün nəticələrimizi şəffaf bir şəkildə paylaşma məsuliyyətini yerinə yetiririk.
Bu bölmədə, mərkəzimizdə müalicə edilmiş bütün xəstələrimizə aid nəticələr açıq və aydın bir şəkildə paylaşılmışdır. Bu hissənin məqsədi günümüzə qədər Metabolik Cərrahiyyə tətbiq edilmiş bütün xəstələrimizə aid qan şəkəri kontrol nisbətləri, xolesterin və yüksək təzyiq ilə əlaqədar müalicə nəticələrini ortaya qoymaqdır.
Bunlardan başqa, fəsad nisbətlərimiz də aydın bir şəkildə, xəstələrin haqlarına hörmət çərçivəsində, ad verilmədən say və faiz olaraq ifadə edilmişdir.
Bütün bu nəticələri oxuyarkən, 3 vacib nöqtəyi nəzərdə tutmalısınız.
- Metabolik Cərrahiyyə tədbiqatları, mövcut dərman müalicəsinə baxmayaraq qan şəkəri kontrol altına alına bilməyən “müqavimətli diabet” xəstələrinə tətbiq edilir. Yə”ni, ifadə edilən nisbətlər hər hansı bir 100 diabet xəstəsinə aid deyil, xalq dilindəki adı ilə şəkər əməliyyatı, elmi adı ilə Metabolik Cərrahiyyə tətbiq edilmiş “müqavimətli diabet” xəstələrinə aid əməliyyatların nəticələrdir.
- Tip 2 diabet xəstəsinin metabolik cərrahiyyə tədbiqatlarından fayda görməsi üçün bədəndəki (endojen) insulin ehtiyatlarını qurtarmaması lazımdır. Halbuki, qan şəkərinin yüksəlib, şəkər xəstəliyinə düçar olan şəxslərin diaqnoz anında belə ehtiyatlarının orta 50% nisbətində azaldığı elmi çalışmalarla göstərilmişdir. Yə”ni, diaqnoz anında ehtiyatların orta 50%-ni itirməmiş xəstələrə illər sonra, insulin ehtiyatlarının çox daha müəyyən bir şəkildə azaldığı bir periodda bu əməliyyatlar tətbiq edilir.
- Tip 2 diabet xəstəliyində orqan zədələnməsinin 2 vacib səbəbi var. Bunlar, Makrovaskulyar Zədələnmə (böyük damar xəstəliyi) və Mikrovaskulyar Zədələnmə (kiçik damar xəstəliyi). Makrovaskulyar zədələnmə, tac (ürək damarı), karotis (şax damarı), femoro-popliteal (ayaq damarları) kimi nisbətən böyük diametrli damarlara təsir göstərərkən, mikrovaskulyar zədələnmə göz, böyrək, ayaq ucu kimi daha kiçik damarlara aid zədələri ifadə edir. Hər iki zədələnmə tipinə aid müəyyən bir proses nəzərdə tutulur. Diaqnoz qoyulduğunda xəstənin 2-3 illik bir xəstəlik keçmişi olduğu qəbul edilir. Makrovaskulyar zədələnmə, şəkər xəstəliyi başlamaqdan qabaq başlayır. Diaqnoz qoyulduğunda xəstələrin əksəriyyətində makrovaskulyar zədələnmə prosesinin 50%-lik hissəsi tamamlanmışdır. Mikrovaskulyar zədələnmə isə qan şəkərinin yüksəlməsi ilə başlayır və diaqnoz qoyulduğu vaxtda xəstələrin çoxunda bu prosesin 25%-lik bir hissəsinin tamamlandığı qəbul edilir. Metabolik Cərrahiyə üçün müraciət edən xəstələrdə isə makrovaskulyar zədələnmənin 70-75%, mikrovaskulyar zədələnmənin isə 40-45%-lik xəstəlik prosesini tamamladığı qəbul edilir. Qısaca, Metabolik Cərrahiyyə böyük damar zədələnməsi 75%, kiçik damar zədələnməsi də 50% nisbətinə gələndə həyata keçirilir.
Bütün bu mənfi faktorlara baxmadan, Metabolik Cərrahiyyənin qan şəkəri kontrolunu təmin etməyə bağlı müvəffəqiyət nisbətləri 90%-dən çoxdur. Bizim də öz xəstə qruppamıza aid nəticələrimiz bunu dəstəkləyir. Bütün xəstələrimizə aid nəticələr aşağıda göstərilmişdir:
- Əməliyyat olan cəmi xəstə sayı: 1043
- Dərmansız qan şəkəri kontrolunu aparan xəstə sayı: 959 (91.94%)
- Qan şəkərinin kontrolu üçün 1 ədəd şəkər həbi (OAD=Oral Anti Diabetik) işlədən xəstə sayı: 47
- Qan şəkərinin kontrolu üçün 2 ədəd şəkər həbi (OAD=Oral Anti Diabetik) işlədən xəstə sayı: 32
- Qan şəkərinin kontrolu üçün gündəlik tək doza insulin işlədən xəstə sayı: 5
- Qan şəkərinin kontrolu üçün dərman/insulin istifə etməli olan xəstə nisbəti: 84 %8.06
Görüldüyü kimi, Metabolik Cərrahiyyə tədbiqatları ilə ən müqavimətli tip 2 diabet xəstə qrupunda belə, 90%-dən çoxunda qan şəkərinin kontrolu təmin edilmişdir. Müvəffəqiyyətli müalicə nisbəti, yüksək təzyiqi olan xəstələrdə 96.4% (dərmansız normal təzyiq dəyərləri) və xolesterin yüksəkliyi olan xəstələrdə 92.5% (dərmansız normal xolesterol/trigliserid dəyərləri) olaraq göstərilmişdir.
Fəsad nisbətimizə gəlincə;
- Anastomoz/stapler sızması (birləşmə/tikiş yerlərindən sızma): 6 xəstə
- Öd mayesi sızması: 2 xəstə
- Öd kanallarının daralması: 9 xəstə
- Bilier striktür (safra blokajı): 1
- Qanaxma: 13 xəstə
- Infeksiya: 4 xəstə
- Derin Ven Trombozu: 2 xəstə
- Qarın içində abses: 1 xəstə
- Pulmoner Emboli: 1
- Atelektaziya (ağ ciyərdə balğam tıxacı): 1 xəstə
- Cəmi fəsad sayı: 40 xəstə
- Cəmi fəsad nisbəti: 3.88% (16/465)
- Ölən xəstə sayı: 2
- Ölüm nisbəti: 0.19%