metabolik sendrom

+90 554 496 68 90



Qalça bağırsağın interpozisiyası nədir?

Qalça bağırsağın interpozisiyası

Qalça bağırsağın interpozisiyası termini ən qısa ifadə ilə nazik bağırsağın son hissəsi ilə başlanğıc hissəsinin yer dəyişdirməsi prosedurasıdır. Bu əməliyyat, insulinin müqavimətinə səbəb olan hormonları sıradan çıxardaraq, insülinin həssaslığını artıran hormon səviyyələrini yüksəltmək prinsibinə görə funksiyasını yerinə yetirir.

*Video:İleal İnterpozisyon nedir?

Həzm sisteminin başlanğıc hissələrindən Qrelin (mədə), QİP (on iki barmaq bağırsağı) və qlyukaqon (mədə altı vəzi) adlı insulin müqavimət hormonları və nazik bağırsağın son hissəsindəki L hüceyrələrindən də QLP-1 adı verilən insulin həssaslıq hormonları ifraz edilir. Bu prosedura ilə əsas məqsədlənən şey, müqavimət hormonlarını azaldıb, həssaslıq hormonlarını artırmaqdır.
QLP-1, insulinin təsirini artıran və mədəaltı vəzisinin insulin ifrazını oyandıran bir hormondur. Nazik bağırsağın son hissəsinə “qalça bağırsaq” adı verilir. Nazik bağırsağın son hissəsinin, yani qalça bağırsağın, cərrahi üsulla köçürülməsinə “interpozisiya” adı verilir. Qalça bağırsağın interpozisiyası əməliyyatında sadəcə nazik bağırsağın qalça bağırsaq adı verilən son hissəsinin yeri dəyişmir. Həmçinin, bu interpozisiya əməliyyatının təsirini gücləndirəcək şəkildə, başqa hormon dəyişiklikləri də yaratmaq məqsədilə, mədənin sol üst xarici hissəsindən (fundus) bir hissə çıxarılır. Mədənin çıxardılan bu hissəsindən “qrelin” adı verilən bir hormon ifraz edilir. Qrelin hormonunun 2 ədəd vacib vəzifəsi vardır.

1) Beynin zəminində Hipotalamus olaraq adlandırılan və aclıq hissini kontrol edən mərkəzə siqnallar göndərərək aclıq hissini yaratmaq.
2) Hüceyrənin içindəki insulin müqaviməti.
İleal interpozisiya əməliyyatında mədənin bu hissəsini çıxardılmasının bir digər vacib səbəbi də var: Sadəcə nazik bağırsaqlarda yer dəyişikliyi apararaq mədəyə toxunulmazsa, “Qastrik dilatasiya” deyilən mədə genişləməsi və buna bağlı ürək bulantısı və qusma tutmaları da baş verə bilər. Məhz bu 3 səbəbdən ötrü mədənin “fundus” olaraq adlandırılan sol üst xarici hissəsi çıxardılır.
Qalça Bağırsağın İnterpozisiyası əməliyyatında nazik bağırsaqdakı yer dəyişdirməyə əlavə olaraq mədənin fundus hissəsinin götürülməsi ilə xüsusilə 2-ci tip diabetdə həddən artıq yüksələn qrelin hormonu səviyyələri çox alçaq səviyyələrə düşür. Bu şəkildə, əməliyyatdan sonrakı periodda xəstələrimiz uzun müddət yemək yeməsələr belə o qədər də aclıq hiss etmirlər.
Qalça bağırsağın interpozisiyası əməliyyatında mədənin bir hissəsinin götürülməsindəki təməl məqsəd, mədənin həcmini kiçitmək deyildir. Məqsəd, aclıq hissini oyandıran qrelin hormonunun ifrazatını azaltmaq və bağırsaqdakı yer deyişdirmədən asılı olaraq ortaya çıxa bilən və ürək bulanması-qusmalarla özünü göstərən “qastrik dilatasiya” halının qabağını almaqdır. Bu səbəblə, bu əməliyyatda, piylənmə əməliyyatı olaraq aparılan “balon mədə” əməliyyatından daha geniş mədə hissəsi geridə buraxılır. Xəstələrin az yemək yemələrinə səbəb olan şey, hormonal olaraq yaradılan bu yeni formadır. Bu səbəblərdən ötrü Qalça bağırsağın interpozisiyası əməliyyatı anatomik olaraq irəli dərəcədə bir həzm sistemi cərrahisi olmaqla birlikdə, təsir mexanizmləri nöqteyi nəzərdən baxanda tam olaraq bir “Metabolik Cərrahiyyə” prosedurasıdır.
Bu əməliyyatda tətbiq edilən hər addımın bir hormon hədəfi vardır. Bu hədəflər, hər xəstə üçün çox müxtəlif faktorlar nəzərə alınaraq qiymətləndirilir və lazım olarsa xəstənin vəziyyətindən asılı olaraq dəyişikliklər aparılır.
Bu mənada Qalça bağırsağın interpozisiyası əməliyyatı dinamik bir qərar alma prosesidir.

az.metabolikcerrahi.com saytının tərkibi məlumat üçün hazırlanmışdır, tibbi diaqnoz və müalicə xüsusiyyəti daşımır.
az.metabolikcerrahi.com saytının tərkibi icazəsiz və mənbə göstərilmədən köçürülə bilməz.
Sitemap
go to top