metabolik sendrom

+90 505 512 64 27


Mail: olivia@metabolikcerrahi.com


Qalça Bağırsağın İnterpozisiyasının Digər Əməliyyatlardan Fərqi Nədir?

Qalça bağırsağın interpozisiyası əməliyyatı, başından bəri 2-ci tip diabetin müalicəsi üçün inkişaf etdirilmiş bir cərrahiyyə müalicə metodudur. Metabolik sindromun tərkibində, 2-ci tip diabet ilə birlikdə, yüksək təzyiq, hiperlipidemiya (xolesterol və triqliserid yüksəkliyi) və artıq çəki də yer alır. Metabolik sindromun elementlərinin tamamını bu interpozisiya əməliyyatı ilə müalicə etmək mümkündür.

Qalça bağırsağın interpozisiyası əməliyyatı çıxış nöqtəsi olaraq bir arıqlama əməliyyatı deyildir. Metabolik sindromun nəzdində yer alan sağlamlıq problemlərinin tamamına aid, xüsusilə də 2-ci tip diabeti müalicə etməyi məqsəd qoyan bir əməliyyatdır. Bundan ötrü, bu əməliyyat üçün xəstənin artıq çəkili olması kriteriyalar arasında yer almır. Ancaq, interpozisiya əməliyyatı piylənmə müalicəsində tətbiq edilən, ağır əmilmə problemi yaradan Mini-Qastrik bypass (tək anastomoz qastrik by-pass), Roux-Y Qastrik Bypass (mədə bypass-ı), BPD (biliopankreatik diversiya)±DS (Duodenal switch), DJB (Duodenojejunal Bypass) kimi cərrahiyyə metodlar ilə qarışdırılmamalıdır.

Bu əməliyyatlar, çox uzun bir nazik bağırsaq hissəsindən qidanın keçidini dayandırır. Bu əməliyyatlardan sonra xəstələrdə yağ və karbohidrat əmilməsində ciddi dərəcədə azalma olur. Bu təsirləri ilə xəstələrin artıq çəkiləri ciddi şəkildə azalır və xəstlər bu çəkini uzun müddət qoruya bilirlər. Ancaq, bu əməliyyatlardan sonra əmilməsi ciddi dərəcədə azalan yağ ilə bərabər, yağın içində əriyərək bağırsaqdan əmilən çox vacib vitamin və minerallar da əmilə bilmir. Bu xəstələrdə əməliyyatdan qısa müddət sonra vitamin və mineral əksiklikləri sürətli bir şəkildə ortaya çıxmağa başlayır. Bu əməliyyatların tətbiq ediləcəyi xəstələr, əməliyyatdan qabaq bu vitamin və mineral səviyyələri nöqteyi nəzərdən araşdırılır və bir hissəsinə əməliyyatdan qabaq əlavə dəstəklər başlanır. Bu xəstələr ömür boyu çox ciddi nəzarət altında tutulmalı və qan dəyərləri yaxından izlənməlidir. Kalsiumun əskikliyinə bağlı osteoporoz bu əməliyyatların orta dövrdə əmələ gətirdiyi ən vacib problemlərdən biridir. Kalsium həbləri və kalsiumu zəngin qidalardan istifadə etmək tək başına kifayət olmadığından ötrü bəzən fərqli yollardan hormon və kalsium dəstəkləri lazım ola bilər.

Qalça bağırsağın interpozisiyası əməliyyatı əmilmənin azalması və ya əmilmənin pozulmasına səbəb olmur. Qalça bağırsağın interpozisiyası əməliyyatı olan xəstələr əməliyyatdan sonrakı 3-cü gündən başlayaraq, duru yeməklərə keçirlər. 6 ay iə 1 il müddətində tamamən sərbəst pəhriz ilə vitamin və ya mineral dəstəyi qəbul etmədən həyatlarına davam edə bilirlər.

Əməliyyat üçün uyğun xəstələr ümumiyyətlə bu interpozisiya əməliyyatından sonra istifadə etdikləri bütün diabet, təzyiq və xolesterin dərmanlarını dayandırırlar. Əməliyyatdan sonra xəstəxanadakı qalma periodunda bu xəstəliklərin gedişatına baxmaq üçün müşahidə edilirlər. Xəstələrin böyük əksəriyyəti bu dərmaların heç birini istifadə etmədən xəstəxanadan çıxırlar. Bir hissəsində isə metabolik təsirin tam yerləşməsini gözləyənə qədər bir neçə həftədən bir neçə aya qədər dəyişən müddətlərdə az və kontrollu olaraq dərmanlara gedərək azalan dozalarda davam edilir. Ölçümlər normal səviyyəyə düşəndə bu dərmanların tamamı kəsilir.

 

 

az.metabolikcerrahi.com saytının tərkibi məlumat üçün hazırlanmışdır, tibbi diaqnoz və müalicə xüsusiyyəti daşımır.
az.metabolikcerrahi.com saytının tərkibi icazəsiz və mənbə göstərilmədən köçürülə bilməz.
Sitemap
go to top