metabolik sendrom

+90 505 512 64 27


Mail: olivia@metabolikcerrahi.com


Şəkər Xəstəliyinin Müalicəsi

Diabetin son 30 il ərzində bu dərəcədə yüksəlməsi, çarə axtarışlarını da bərabərində gətirdi. Dərman industriyası şəkər xəstəliyinin müalicəsi üçün yüzlərcə növdə dərmanı və sintetik insulini çarə olaraq göstərsə də bu metodların diabeti müalicə etmədə müvəffəqiyyəti 60-65% nisbətində qala bildi və bu vəziyyət günümüzdə də hələ belə qalmağa davam edir.

Şəkər xəstəliyinin müalicəsində istifadə edilən cərrahiyyə metodları isə ümumi olaraq arıqlama əməliyyatında istifadə edilən metodların inkişaf etmiş versiyalarıdır. Italyan cərrah Nikola Skopinaro-nun inkişaf etdirdiyi bilio-pankreatik diversiya metodu da bunlardan biridir. Şəkəri 98%-ə qədər nisbətlərdə aradan qaldıran bu metodun belə, xəstələr üçün ciddi bir qüsuru vardı. Əməliyyat olan xəstələr ömür boyu vitamin dəstəyi ilə yaşamaq məcburiyyətində idilər. Yə`ni xəstələr insulindən azad olurlar, ancaq vitamin həblərindən istifadə etməyə məcbur qalırdılar.

Lakin 2-ci tip diabetli xəstələr üçün ümid verici bir xəbər Braziliyalı bir cərrahdan geldi. Dr.Auero De Paul, 1985-ci ildə yaratdığı “qalça bağırsağın interpozisiyası” adlı metod ilə şəkər xəstəliyinin müalicəsindəki müvəffəqiyyət nisbətini 95%-lərə qədər yüksəltməyə nail oldu. Üstəlik, xəstələr ilk 6 aydan başqa vitamin dəstəyi almadan həyatlarına davam edə bilirdilər. Hətta xəstələr ilk 6 aydan sonra heç bir dərman müalicəsinə ehtiyac duymadan və qan şəkərlərini kontrol üçün əlavə hər hansı bir dəstək almadan həyatlarını sağlam bir şəkildə davam etdirə bilirdilər. Bu müvəffəqiyyət bu günə qədər heç bir dərman müalicəsi ilə əldə edilməmiş bir uğurdu. Qalça bağırsağın interpozisiyası hələ də, 2-ci tip diabetin müalicəsi üçün inkişaf etdirilən, dünyadakı ən müvəffəqiyyətli metoddur.

Bu əməliyyat, sadəcə diabetin kontrol altına alınmasını təmin etməklə qalmır, həmçinin diabetin gətirdiyi yüksək təzyiq, əllərdə və ayaqlarda yanma və keyimə, ayaq yaraları, böyrək problemləri, yuxu apnesi, ürək damarları və qara ciyərdəki pozuntular, böyrək funksiyalarındakı problemlər, xolesterin və triqliseridin yüksəkliyi kimi problemləri də ya tamamən ortadan qaldırır ya da böyük nisbətdə düzəldir. Əməliyyat, diabet xəstəliyinin müalicəsindəki müvəffəqiyyəti ilə bilinsə də, əməliyyatın əsl məqsədi əslində “Metabolik sindrom” olduğu üçün, bu əməliyyata “Metabolik Cərrahiyyə” demək daha doğru olacaqdır.

Dünyada sadəcə 8 cərrahın tətbiq edə bildiyi bu metod, ən sadə ifadə ilə 3 mərhələdən ibarətdir. Birinci mərhələdə, mədənin ifraz etdiyi aclıq hormonu qrelini nəzarət altında almaq üçün mədənin sol üst xarici hissəsi götürülür. Bu prosedura ilə, bədəndəki insulin müqavimətinin aradan qaldırılması və xəstələrin kontrollu bir şəkildə arıqlaması məqsədlənir. Mədədən alınan hissə o qədər də böyük deyil, yə`ni bu əməliyyatla xəstələrin arıqlamasına səbəb olan şey mə`də həcminin kiçilməsi deyil, mədədəki hormonal sistemin dəyişdirilməsidir. Bu sayədə, bu əməliyyat arıqlama əməliyyatından ayrılır. Xəstələr, əməliyyatdan sonra kontrolsuz bir şəkildə arıqlamaq yerinə, bədən kütlə indekslərinə böyük nisbətdə yaxınlaşırlar, yə`ni sağlam bir şəkildə arıqlayırlar. Ikinci mərhələdə isə, on iki barmaq bağırsaq mə`dədən ayrılır, başqa bir sözlə qidanın buraya girişi qapatılır. Bu sayədə, qəbul edilən qidaların, on iki barmaq bağırsaqdan ifraz edilən insulinə qarşı hormonlara rast gəlməsinin də qabağına keçilir. Həmçinin bu proseduranın, yüksək təzyiqin kontol altına alınmasında da təsiri olduğu bilinir. Üçüncü və son prosedura isə, nazik bağırsaqların son hissəsindən çıxarılan bir hissənin, on iki barmaq bağırsaq yerinə, bir ucu ilə mə`dənin çıxışına bağlanması və digər ucu ilə aşağıda yenidən nazik bağırsaqlarla birləşməsidir. Əslində əməliyyat texnikasının adı da buradan gəlir.

Bu proseduranın necə təsir göstərdiyini tam olaraq başa düşmək üçün əvvəlcə mədə altı vəzə qayıtmaq daha doğru olar. Mədə altı vəz bədənə insulin və qlyukaqon adında iki hormon ifraz edir. Insulin şəkərin hüceyrələrə girə bilməsi üçün lazımi bir açar kimidir, şəkər insulin olmadan hüceyrələrə girip energiyaya çevrilə bilməz. Qlyukaqon isə insulin səviyyəsini kontrol altına alan insulinə qarşı bir hormondur. Beləcə qan şəkərimiz, bədəndə ifraz edilən insulindən ötrü o qədər də alçalmaz və həmişə normal dəyərlərdə tutulur. Mədə altı vəzdən ifraz edilən qlyukaqon hüceyrənin alıcılarına yapışır və hüceyrələrdəki insulin alıcılarını qapatır, yə`ni insulinin hüceyrəyə girişinin qabağını alır. Şəkər xəstələrinin onsuz da istifadə edə bilmədikləri insulinin, qlyukaqon tərəfindən də dayandırılması, maddələr mübadiləsinin üstündəki şəkərin yükünü daha da artırır. Bəs onda qlyukaqonun təsiri necə kontrol altına alına bilər?

Bu sualın cavabı, nazik bağırsaqlarımızın sonunda, 70 cm uzunluğundakı çox xüsusi hissədə gizlidir. Nazik bağırsaqların tək vəzifəsi, bilindiyi kimi qidaların əmilməsi deyil. Nazik bağırsaqların bir digər vəzifəsi də ifraz etdiyi hormonlarla maddələr mübadiləmizi balansda tutmaqdır. Nazik bağırsaqların bu 70 cm-lik xüsusi hissəsindən ifraz edilən QLP-1 adlı hormon şəkər xəstələri üçün qızıl qiymətindədir. QLP1, yəni Qlyukaqon Like Peptid 1-in qısaltması, adından da görüldüyü kimi insulini tarazlayan Qlyukaqona çox oxşayır, ancaq bir fərqi var… QLP1, Qlyukaqon kimi hüceyrələrin alıcılarına yapışır, ancaq hüceyrənin alıcılarını qapatmır. Hüceyrələr QLP1-i Qlyukaqon kimi qəbul edir, ancaq alıcılarına QLP1 yapışan hüceyrələrə insulin rahat girə bilir. Qalça Bağırsağın İnterpozisiyası əməliyyatı ilə bu xüsusi hissə alınır və birbaşa mədənin çıxışında on iki barmaq bağırsağının yerinə bağlanır. Istər on iki barmaq bağırsaqdan ifraz edilən insulinə qarşı hormonların artıq qidalara rast gəlməməyi, istərsə də mədənin çıxışında birbaşa QLP1 ifraz edən xüsusi bağırsaq hissəsi ilə rastlaşması, həm insulinin ifrazatını oyandırır, həm də ifraz edilən insulinin hüceyrələr tərəfindən istifadə edilə bilməsini təmin edir.

az.metabolikcerrahi.com saytının tərkibi məlumat üçün hazırlanmışdır, tibbi diaqnoz və müalicə xüsusiyyəti daşımır.
az.metabolikcerrahi.com saytının tərkibi icazəsiz və mənbə göstərilmədən köçürülə bilməz.
Sitemap
go to top