metabolik sendrom

+90 545 739 51 79


Mail: olivia@metabolikcerrahi.com


Şekerin Kontrolu

Diabet, qandakı qlyukoza konsentrasiyasının normaldan yüksək olması ilə özünü göstərən metabolik bir xəstəlikdir. Bunun səbəbini başa düşmək üçün bədənimizin lazımi energiyanı necə təmin etdiyini bilməliyik. Hər yeməkdə nişasta və ya şəkər qəbul edərək karbohidrat işlədirik. Həzm ərzində karbohidratlar qlyukoza və digər elementlərə çevrilirlər. Ancaq qlyukozanın, hüceyrənin içinə girməsi üçün bir hormona ehtiyac vardır. Bu hormon da insulindir. Yeməklərdən sonra qandakı qlyukoza səviyyəsi artır. Insulin hormonu sayəsində qlyukoza hüceyrənin içinə girir və energiyaya çevrilir. Beləcə qanda qlyukoza səviyyəsi azalır. Əgər insulin hormonu heç ifraz edilmirsə və ya kifayət qədər ifraz edilmirsə ya da qlukozanın, hüceyrənin içinə girməsini təmin etmirsə, qanda qlyukoza (qan şəkəri) səviyyəsi artır. Bu halda, şəkər xəstəliyi ortaya çıxır.

Diabetin bəzi erkən simptomları var. Qan şəkəri yüksək olan şəxslərdə başlanğıcda yorğunluq, halsızlıq, iştahsızlıq, tez tez sidiyə çıxma, susama, yaraların uzun müddətdə yaxşılaşması kimi simptomlar görülür. Əgər ailənizdə şəkər xəstəsi olan varsa, bu xəstəliyə malik olma riskiniz daha da yüksəkdir. Bu simptomlarla həkiminizə müraciət etsəniz. həkiminiz qan şəkərinizin də müəyyən edilməsini istəyəcəkdir. Əgər diabet xəstəsi isəniz, həyatınızın bundan sonrakı periodunda özünüzü çox yaxşı kontrol altında saxlamalı olacaqsınız. Diabetə alışıq olaraq yaşamanın yolu, özünüzə diqqət yetirməkdən keçir. Qan şəkəri səviyyələrinizi orta intervallarda tutaraq mümkün olduğu qədər normal həyat yaşamağa çalışmalısınız. Bu hədəfə çatmanın ən yaxşı yolu pəhriz saxlamaq və idmanla məşğul olmaqdır.

Şəkər xəstəsi olandan sonra keçən vaxt ərzində həmişə yüksək davam edən qan şəkərinə bağlı olaraq fəsadlar əmələ gələ bilər. Fəsadlar əvvəlcə gözlərə, böyrəklərə, sinirlərə və ürək-damar sisteminə təsir göstərir. Bunların qabağına keçmək üçün ya da bunlardan mümkün olduğu qədər tez xəbərdar olmaq üçün, şəkər xəstəsi özünü diqqətli müşahidə etməlidir. Günümüzdə qan şəkərinin kontrolu üçün çox asan tətbiq edilən metodlar vardır.

Qan şəkərinin səviyyəsinə özünüz nəzarət etsəniz, xəstəliyinizi kontrol altına almağınız asanlaşacaqdır. Sadəcə barmağınızdan bir damcı qan alaraq yoxlaya bilərsiniz.  Bu gün Türkiyədə bu testi aparan bir çox şəkər ölçmə cihazı mövcuddur.

Dünya Sağlamlıq Təşkilatı və Beynəlxalq Diabet Federasiyası, şəkər xəstələrinin hansı periodlarda şəkər səviyyələrini ölçəcəyini bir bildirişlə təqdim etmişdir.

İntensiv müalicə alan xəstələr üçün; Hər yeməkdən qabaq və yatmaqdan qabaq şəkər səviyyənizi ölçməlisiniz.

Bütün diabet xəstələri üçün: Gündə 2 dəfə, ancaq fərqli vaxtlarda ölçə bilərsiniz.

Pəhriz ilə kontrol edilən xəstələrdə; Gündə 1 dəfə qan şəkərinizi mütləq ölçməlisiniz.

Ağızdan dərman istifadə edən xəstələr üçün; Hər gün səhər yeməyindən qabaq və 2 saat sonra olmaq üzrə, gündə 2 dəfə qan şəkərinizi ölçə bilərsiniz. Məqsədiniz, qan şəkərinizi 24 saat ərzində istənilən səviyyələrdə tutmaqdır. Hər gün müəyyən periodlarda ölçülən şəkər nəticələrinizi qeyd edərək həkiminizə bildirməlisiniz. Beləcə həkiminiz və siz, bu məlumatlara əsaslanaraq ən yaxşı müalicə metodunu və proqramını təşkil edə bilərsiniz. Bundan başqa, qan şəkərinizi ölçə bildiyiniz kimi, sidikdəki şəkəri də ölçə bilərsiniz. Normalda sidikdə şəkər çıxmamalıdır. Ancaq qanınızdakı şəkər miqdarı çox yüksələrsə, bunun bir hissəsi sidikdə çıxır. Sidik şəkərinizə baxmaq olduqca asan bir prosedura olmasına baxmayaraq, qan şəkərinizi tam olaraq təyin edə bilməz.

 

 

 

az.metabolikcerrahi.com saytının tərkibi məlumat üçün hazırlanmışdır, tibbi diaqnoz və müalicə xüsusiyyəti daşımır.
az.metabolikcerrahi.com saytının tərkibi icazəsiz və mənbə göstərilmədən köçürülə bilməz.
Sitemap
go to top