metabolik sendrom

+90 542 296 64 20


Mail: info@metabolikcerrahi.com


Tez tez soruşulan suallar

Niyə əməliyyat?

  • Dərmanla müalicəyə baxmayaraq diabet davamlı inkişaf etməyə davam edir;
  • Diabet xəstələrinin fəsadları olduqca çoxdur: böyrəklər, gözlər, əsəblər, ürək və beyin kimi orqanlara ümumiyyətlə geri dönüşü olmayan ciddi zərərlər verir və hətta orqan itkiləri başlaya bilər;
  • Əməliyyat yüksək şəkəri nəzarət altına alır, yüksək təzyiqi düzəldir, böyrəklər və qara ciyərin üstünə düşən yükü azaldır və orqanların zədələnməsini dayandırır. Əməliyyatdan sonra xolesterin və trigliserid yüksəkliyi və bunlara bağlı problemlər də aradan qalxır. Həmçinin, artıq çəkidən azad olunur və xəstənin kilosu kontrol edilə bilir.

Bu əməliyyat niyə sadəcə Tip 2 xəstələrinə tətbiq edilir?

Tip 2 diabet xəstələri mədə altı vəzisindəki beta hüceyrələrindən ifraz edilən kifayət qədər insulin səviyyəsinə malikdir. Ancaq, bu insulin hüceyrə səviyyəsində istifadə edilə bilmir. İnsulin ehtiyatları və aktivliyinin müəyyən bir səviyyədən çox olması əməliyyatın müvəffəqiyyətli keçməsi üçün lazımi olan ən vacib faktordur. Tip 1 diabet xəstələrində isə lazımi insulin olmadığı üçün Metabolik Cərrahi əməliyyatından fayda görmürlər.

Xəstələr necə bilsin ki, onlarda xəstəliyin hansı tipdir? Tip 1 yoxsa Tip2?

Şəkərli diabet 2 formada olur. Uşaqlıq vaxtında və gənclərdə ortaya çıxan diabetlər ümumiyyətlə Tip 1 olur. Daha sonrakı yaşlarda ortaya çıxan diabetin dəqiq sinifləndirilməsi üçün isə bəzi analizlər aparılmalıdır.

Hansı xəstələr əməliyyat üçün uyğun namizəddir? Bu əməliyyat üçün seçim kriteriyaları nələrdir?

a)      Ən az 2 illik diabet keçmişi olub, uyğun dərman və ya insulin müalicəsinə baxmayaraq şəkəriniz nəzarət edilə bilmirsə;

b)     Xəstəliyiniz getdikcə inkişaf edir və orqan zədələnməsi başlamışsa;

c)      Ciddi kilo probleminiz varsa, bu əməliyyat üçün uyğun bir namizəd ola bilərsiniz.

Əməliyyatdan qabaq müvəffəqiyyət nisbətini tam olaraq təyin etmək mümkündür?

Bəli, test dəyərlərinə əsasən xəstənin hansı nisbətdə fayda görəcəyi müəyyən edilə bilər.

Hansı xəstələr müalicə üçün tələsməlidirlər?  

a)      Aparılan bütün müalicələrə baxmayaraq şəkəri düzələ bilməyənlər

b)     3 aylıq ortalama qan şəkəri (HbA1c)  yüksək olanlar.

c)      Xəstəliyin inkişaf etməsi və dərman/insulin müalicəsindən istənilən nəticənin əldə edilə bilməməsi;

d)     Böyrəklərinizdə, gözlərinizdə, qara ciyərinizdə, ayaqlarınızda, ürəyinizdə  və digər orqanlarınızda mümkün komplikasiyalar üçün daha çox gözləməyin.

Hansı xəstələrin əməliyyata ehtiyacı yoxdur?

Şəkəri illərdir stabil olan, asanlıqla nəzarət edilə bilən vəya inkişaf etməyən və kilo problemi olmayan xəstələrin əməliyyata ehtiyacı yoxdur.

Kriteriyalar hansılardır?

Metabolik Cərrahiyyə tədbiqatlarından fayda görməniz üçün, aşağıdaki 4 kriteriyaya malik olmalısınız:
* Ən az 20%, hətta %25’lik insulin ehtiyatına malik olmanız və bu ehtiyatın ən az yarısının canlı (aktiv) olması,
* Yağ toxumasına aid müqavimət hormonlarınızın müəyyən hədlərin daxilində olması,
* Leykositlər tərəfindən əmələ gətirilib qana ifraz edilən və mədə altı vəzdəki insulini istehsal edən beta hüceyrələrində zədələnməyə səbəb olan bəzi maddələr mənfi və ya normal hədlərin daxilində olmalıdır.

Metabolik Cərrahiyyə əməliyyatından dəqiq fayda görə bilərəm?  

Əgər test nəticələriniz müsbət isə (uyğun isə) bu tədbiqatdan fayda görə bilərsiniz.

Şəkər xəstəliyindən tamamilə azad olmaq mümkündür?

Əməliyyatdan sonra şəkərlə əlaqədar tamamən normal səviyyəyə qayıtma şansı əməliyyatın necə keçdiyindən asılı olaraq 8 ilə 30 il üçün 70-98% arasında dəyişməkdədir. Bu sizin bədəninizdəki insulin səviyyələri, aktivliyi və digər test nəticələrinə də bağlıdır. Ancaq bir yandan da əməliyyatdan fayda görmə nisbəti (işlədilən dərmanların sayında azalma, insulini buraxma və ya dozasında azalma) şübhəsiz 100%-dir.

Bu bir mədə altı vəz əməliyyatıdır?

Xeyir. Aparılan proseduralar əsas olaraq nazik bağırsaqlarda tətbiq edilən bir yer dəyişdirmə əməliyyatıdır. Buna əlavə olaraq, lazımi hallarda (xəstəlik səviyyəsi, qandakı hormon səviyyələri və bu hormonların aktivliklərindən asılı olaraq) mədənin həcmi, mədənin şəkli və qarın içindəki orqanları əhatə edən yağlı toxumalara da lazımi cərrahi proseduralar aparılmaqdadır.

Əməliyyat necə funksiya göstərir?

Əməliyyatdan qabaqkı periodda 2-ci tip diabet xəstələrinin bədənində olan insulin, hüceyrə səviyyəsində funksiya göstərə bilmir. İnsulin ya hüceyrənin içinə girə bilmir və ya girsə də içəridə funksiyaları yerinə gətirə bilmir. Buna insulin müqaviməti deyilir. Əməliyyatdan sonra insulin müqavimətinə səbəb olan həzm sistemininin hormonları sönür. İnkretin və Qrelin deyilən həzm sistemi hormonlarında ciddi dəyişikliklər olur. Bunun nəticəsində insülinin müqaviməti aradan qalxır. İnsulin sərbəst qalır və hüceyrənin səviyyəsindəki insulin həssaslığı artır. Yə”ni hormonlarımız dəyişdiyi üçün şəkəriniz qaydaya düşür.

Metabolik Cərrahiyyə bir piylənmə əməliyyatıdır?

Xeyir. Tip 2 şəkər xəstələrinə tətbiq edilən bir əməliyyatdır. Arıq şəkər xəstəsinə aparılmalı əməliyyat fərqli, kök şəkər xəstəsinə aparılmalı əməliyyat fərqli, piyli şəkər xəstəsinə aparılmali əməliyyat fərqlidir.

Bu əməliyyatlar nə vaxtdan aparılır?

Metabolik cərrahiyənin başlanğıcı 1950-ci illərə qədər uzanır. Ancaq, günümüzə qədər müvəffəqiyyətli bir şəkildə tətbiq edilməyə davam edən və Metabolik Cərrahiyyənin təməllərindən birini əmələ gətirən Biliopankreatik Diversiya (BPD) əməliyyatı 1974-cü ildən bu yana, Dotsent Doktor Alper Çelikə də təlim verən Professor Doktor Nicola Scopinaro tərəfindən İtaliyada müvəffəqiyyətlə tətbiq edilməkdədir. Qastrik Bypass əməliyyatları 1990-lı illərdən etibarən, sleeve qastrektomiya və qalça bağırsağın interpozisiyası əməliyyatları da 2000-ci illərin başından bu yana tətbiq edilməkdədir.

Güvənli bir əməliyyatdır?

Güvənlidir, çünki əməliyyat ərzində kəsmə və birləşdirmə proseduraları bir dəfəlik aparatlarla tətbiq edilir. İstifadə edilən bütün materiallar və ləvazimatlar ən son texnologiya məhsullarıdır. Əməliyyatınızda iştirak edəcək bütün cərrah həkimlər və anesteziya həkimləri uzun müddətdir bu əməliyyatları aparan təcrübəli və özünü Metabolik Cərrahiyyəsinə həsr etmiş insanlardır.

Hər hansı bir ağırlaşma və ya fəsadları ola bilər?

Hər əməliyyatın bir riski vardır. Bu əməliyyatlarda da hər hansı bir həzm sistemi əməliyyatındakı qədər risk vardır. Cəmi ağırlaşma nisbəti 10%-dir. Bunların arasında qanaxma, infeksiya, sızma, abses və narkoza bağlı probləmlər ola bilər.

Əməliyyat neçə saat çəkir?  

Xəstənin vəziyyətindən asılı olaraq 1.5-7 saat arasında dəyişməkdədir.

Xəstələrin sağalması üçün nə qədər müddət lazımdır?

Əməliyyatlar ümumiyyətlə laparoskopik metod ilə qapalı olaraq, qarnınıza açılan kiçik deşiklərdən kamera vasitəsilə aparılır. Əksəriyyətlə ilk gündən başqa ağrınız olmur. Əməliyyat keçirən xəstələr bir sonrakı gün ayağa dura bilirlər. 5-6 gün xəstəxanada qalınmalıdır. İşinizə qayıtmanız 10-15 gün sonra mümkün olacaqdır.

Xəstələr nə vaxt yemək yiyə bilər?

Əməliyyatdan sonrakı ilk gün ərzində su içə bilərsiniz. Sudan başqa digər mayelərə əməliyyatdan 2 gün sonra başlaya bilərsiniz. Yarı qatı və qatı qidalara keçmək üçün isə əməliyyatın necə keçdiyindən asılı olaraq 8 gün ilə 30 gün arasında gözləmək lazımdır.

İşimə nə vaxt qayıda bilərəm?

Əməliyyatdan 2 həftə sonra qayıda bilərsiniz.

Neçə gün xəstəxanada qalacağam?

Cəmi 6-7 gün xəstəxanada qalmalısınız. Əməliyatdan 1-2 gün qabaq xəstəxanaya qəbulunuz olur, əməliyyatdan sonra isə 4-5 gün də qalıb çıxa bilərsiniz.

Əməliyyatdan sonra nə vaxt xəstəxanaya gəlməliyəm?

Əməliyyatdan sonra ilk ay, 3-cü və 6-cı ayda xəstəxanaya gələrək qan analizləri verməlisiniz. Bu sayədə, bədəninizdəki dəyişikliklər müşahidə ediləcəkdir. Daha sonra, illik müşahidə proqramına başlayacaksınız. Sonra da aylıq olaraq tərtib edilən “qrup dəstək toplantıları”nda iştirak etməniz və burada əməliyyatda olmuş həkimlər, xəstələr və əməliyyat olmağı planlayan xəstələrlə fikirlərinizi paylaşmanızı istəyirik.

Əməliyyatın digər faydaları nədir?

Çəki problemi yaşayan xəstələrdə, kilo normal səviyyəyə çatır. Yüksək təzyiq problemi aradan qalxır. Beləcə, təzyiq dərmanlarına ehtiyac qalmır. Böyrək, göz və qara ciyər kimi orqanlardakı zədələnmələrdə ciddi düzəlmələr olur. Xəstəliyin bədəninizə daha çoz zərər verməsinin qabağı alınır. Sidikdəki zülal sızması dayanır, həmçinin xolesterin və triqliserid də normal səviyyəyə qayıdır. Ancaq, orqan zədələnməsi çox irəli səviyyədə olub, geri qayıtmayan zədələnmə ortaya çıxıbsa, əməliyyatdan sonra daha az bir düzəlmə gözlənir. Bütün bunlarla birlikdə, bədəninizə daha çox zərər vermənin qabağına keçilməsi mümkündür.

Xəstəlik nə vaxt normal səviyyəyə çatır?

Xəstəlik səviyyəsi, hormon səviyyələri və ölçmə nəticələrindən asılı olaraq, 1 həftə ilə 3 ay ərzində normal və ya normala yaxın səviyyəyə çatır.

Nəticə qalıcıdır?

Aparılan araşdırmalarda, xüsusilə yüksək insulin səviyyələrinə malik olan xəstələrdə, əməliyyatdan asılı olaraq, 8-20-30 il sonra belə xəstəliyin kontrol altında olduğu görülmüşdür.

Bu əməliyyat hipoqlisemiyaya səbəb ola bilər?

Əməliyyatdan sonra hər normal insanda olduğu kimi, insulin sadəcə yemək yiyildiyində artır. Hipoqlisemiya olma tezliyi əməliyyatdan sonrakı periodda getdikcə azalır və yox olur.

Əməliyyatdan sonra halsızlıq ola bilər?

Əməliyyatdan bir neçə həftə sonra, sizə verilən pəhriz siyahısına riayət edərək ve fiziki hərəkətlərlə əvvəlki halınıza qayıda bilərsiniz. Ancaq əməliyyatdan sonrakı ilk 1-2 həftə ərzində zəiflik, iştahsızlıq, istəksizlik kimi hallarınız ola bilər.

Metabolik Cərrahiyyənin xolesterin və yüksək təzyiqə qarşı bir təsiri var?

Aparılan əməliyyatlar ilə xəstələrin 75% ilə 99%-də yüksək təzyiq, xolesterin və trigliserid yüksəkliyi, qaraciyərdə piylənmə, artıq  çəki, ürək və oynaq probləmləri, yuxu apnoesi  (yuxuda nəfəsin dayanması) kimi problemlərdən də tək bir əməliyyat ilə azad olmaq mümkündür.

Çəki problemim var. Əməliyyat buna da kömək edəcək?

Bəli. Əməliyyatla normal kilonuza çatacaqsınız. Bu insandan insana dəyişsə də, 1-1.5 il çəkə bilər.

Məsləhətimiz

Əməliyyatdan sonrakı periodda da, xahiş edirik diabet kontrollarınıza ciddi şəkildə riayət edin. İş yerindəki stresi azaldın, uzun və sağlam bir həyat üçün xeyirli qidalar yeyin, müntəzəm olaraq idmanla məşğul olun.

 

 

az.metabolikcerrahi.com saytının tərkibi məlumat üçün hazırlanmışdır, tibbi diaqnoz və müalicə xüsusiyyəti daşımır.
az.metabolikcerrahi.com saytının tərkibi icazəsiz və mənbə göstərilmədən köçürülə bilməz.
Sitemap
go to top