metabolik sendrom

+90 554 496 68 90



Yuxu apnoesi

Medikal Plus jurnalının Fevral ayı sayında nəşr edilən reportajdır:

Yuxu apnoesində problem metabolik isə, bunun həlli “metabolik cərrahiyyə”dir.

Alman Xəstəxanasının Metabolik Cərrahiyyə Bölməsinin Sədri Dotsent Doktor Alper Çelik, yuxu apnoesi probleminin metabolik cərrahiyyə metodu ilə həll edildiyini söylədi. Yuxu ərzindəki nəfəs dayanmasından əmələ gələn və yuxu rejiminin pozulmasına səbəb olan yuxu apnoesi, insanı ölümə qədər apara bilən, mənfi nəticələri olan mühim bir xəstəlik olaraq bilinir. Ancaq, ölkəmizdə qısa bir müddət bundan qabaq aparılmağa başlanan metabolik cərrahiyyə əməliyyatları ilə metabolik səbəblərə bağlı olaraq inkişaf edən yuxu apnoesi problemi bir əməliyyatla müalicə edilir. Alman Xəstəxanası Metabolik Cərrahiyyə Bölməsinin Sədri Dotsent Doktor Alper Çelik, metabolik cərrahiyyə metodu ilə yuxu apnoesi probleminin necə həll edildiyinə dair suallarımızı cavabladı:

Sizin metabolik cərrahiyyə tətbiqatları ilə 2-ci tip diabetə dair müalicələr apardığınızı bilirdik. Yuxu apnoesi olan xəstələr də Metabolik Cərrahiyyədən fayda görür?

Metabolik Cərrahiyyə Metabolik sindromun, başda diabet olmaq üzrə, bütün elementlərinin müalicəsində effektivdir. Burada əsas məqsəd əlbəttə 2-tip diabetin kontrolu və buna bağlı bütün orqan zədələnmələrinin kontrolu olmaqla bərabər, yüksək təzyiq, yağ metabolizmi kimi problemlər və yuxu apnoesi də Metabolik Cərrahiyyə ilə müalicə edilə bilər.

Piylənmə əməliyyatları ilə də bu mümkün deyil mi?

Bəli. Ancaq, piylənmə cərrahisi hal hazırda Bədən Kütlə İndeksi (BKİ) ilə məhdudlaşdırılmışdır. Çünki müəyyən BKİ dəyərlərinin altındakı şəxslərə bu əməliyyat tətbiq edilərsə, çox ciddi qidalanma və əmilmə problemləri görülə bilər. Onsuz da, orada əsas hədəf çəki azalması və ya çəki kontroludur. Metabolik sindromun elementlərindəki düzəlmə, müalicənin əsas deyil, köməkçi hədəfidir. Metabolik Cərrahiyyə tədbiqatlarının, xüsusilə də Qalça bağırsağın interpozisiyası əməliyyatlarının isə BKİ 35-in aşağısında olan şəxslərdə belə müvəffəqiyyət ilə aparıldığı göstərilmişdir. Həmçinin, BKİ bu əməliyyatlar üçün birinci bir kriteriya da deyildir. Vacib olan, xəstəliyin kliniki və laboratoriya ağırlığıdır. Hər xəstənin fərqli bir maddələr mübadiləsi vardır. Bəzi xəstə üçün 50 kilo ciddi bir metabolik qüsurlara səbəb olmur, bəzi xəstədə isə 9-10 kilo çox ciddi metabolik hadisələrə səbəb ola bilər.

Yuxu apnoesi da metabolik bir qüsurdur?

Yuxu apnoesinin ən çox görülən səbəbləri anatomik və metabolik qüsurlardır. Bunun ən başında da kilo problemi gəlir. Ancaq, xəstələrin əksəriyyətində bədəndəki cəmi maye artığı və yağ toxuması artığına bağlı selikli bir şişlik vardır. Bizim burada qeyd etmək istədiyimiz nöqtə, ağır diabet və ya metabolik sindrom xəstəsi olub, çox ciddi çəki problemi olmayan, BKİ 35-in altında olan şəxslər üçün də yuxu apnoesi çox böyük bir problem ola bilər. Piylənmə əməliyyatları bu xəstələr üçün uyğun bir alternativ olmamaqla bərabər Metabolik Cərrahiyyə Tədbiqatları, ki xüsusilə Qalça bağırsağın interpozisiası əməliyyatları bu xəstələrdə həyatı xilas edici ola bilər.

Yuxu apnoesi nədir, necə nəticələr əmələ gətirir?

Yuxu apnoesi, yuxu ərzindəki nəfəs dayanmasından ötrü əmələ gələn və yuxu rejiminin pozulmasına səbəb olan mühim bir xəstəlikdir. Yuxu apnoesi, yuxuda hava axımının ən azı 20 saniyə müddət ilə normal dəyərinin 20 faizinə və daha aşağısına alçalması ilə izah edilə bilər. Yuxudakı nəfəs dayanması nəticəsində qandakı oksigen miqdarı azalır və karbon-dioksid miqdarı artır. Zəmanəmizin əhəmiyyətli xəstəliklərindən biri olaraq qəbul edilən yuxu apnoesi, tədbir alınmazsa ölümlə nəticələnə bilər. İnsanlar, xəstəliyin bu qədər ciddi nəticələri olduğunu bilmir. Bu xəstəliyə tutulan insanların əksəriyyəti xəstəlikdən xəbərləri olmadığı və ya bu xəstəliyə əhəmiyyət vermədikləri üçün ümumiyyətlə həkimə getmirlər. Nəfəsin dayanması (apnoe) və ya azalması (hipapnoe) gecə ərzində yüzlərcə dəfə təkrarlana bilər və bunların ancaq çox az hissəsi xəstənin yaxınları tərəfindən görülə bilər. Bu səbəblərlə və əmələ gətirəcəyi nəticələr nöqteyi nəzərdən yuxu apnoesi həkimlər tərəfindən gizlicə irəliləyən bir xəstəlik sayılır.

Yuxu apnoesi necə inkişaf edir?

Avtonom sinir sistemi, simpatik və parasimpatik iki elementdən ibarətdir. Simpatik sistem, ürək sürətini və nəfəsin alınmasını artırır. Gün ərzində aktiv olub həzmi yavaşladır. Parasempatik sistem ürəyin sürətini və nəfəsi yavaşladır, həzmi tezləşdirir, gecə yuxu halında aktivdir. Gün ərzində yorulan bədənimiz gecə yuxu halında dincəlməyə keçəndə simpatik sistemin aktivliyi azalır, parasimpatik sistemin aktivliyi də artır. Ancaq tənəffüs yollarında tıxanma varsa, xoruldama varsa, bədən dincəlmir və gündüz aktiv olan simpatik sistem gecə də aktiv qalır. Bunun nəticəsində də dincəlməli olan sistem dincələ bilmirsə, hər orqanizmdə olduğu kimi, ya böyüyərək gücünü artırmaya çalışır və ya sıradan çıxır. Yuxu apnoesi olan şəxslərdə bədən gecə dincələ bilmir. Ürək, ağ ciyər, nəfəs yolları daha çox işləyir. Bu insan oyananda yorğun olur və tər vəzləri yoğun çalışdığı üçün yastığı tərləyir. Vaxt keçdikcə də ürəyin əzələsi, divarlarında artan iş yükünə cavab vermək üçün genişləməyə başlayır, ağ ciyər, ürək və ağ ciyərdə çatışmazlıq əmələ gəlir.

Yuxu apnoesinin səbəbləri nələrdir?

Yuxu apnoesinin 3 əsas səbəbi var. 1-Anatomik problemlər (burun, damaq, xirtdəyin strukturasından ötrü səbəblər), 2-Nevrolojik xəstəliklər, 3-Metabolik xəstəliklər. Yuxu apnoesinin ən tez tez rastlanan səbəbi metabolik səbəblərdir. Metabolik sindrom və elementlərinə orta yaş və daha yaşlı insanlarda daha xarakteristik şəkildə rastlanır. Çəkidə azalma, çoxu hallarda simptomların aradan qaldırılmasında kifayətli olsa da sirkulyasiya olan maye həcminin azalması, ürək və ağ ciyərin üstündə olan təzyiqi daha da azaldacaq.

Yuxu apnoesinin diaqnozu necə qoyulur?

Yuxu apnoesinin ilkin diaqnozu, xəstənin yaxınları (ümumiyyətlə yoldaşı) tərəfindən qoyulur. Xəstənin nəfəsinin yuxu ərzində kəsildiyi ya da dayandığı görülür. Xəstələrdə çox yüksək səsli, gurultulu xoruldama mövcuddur. Bundan sonra yuxu testləri aparılır və yuxu laboratoriyasında aparılan bu testlərin nəticəsində yuxu apnoesi diaqnozu qoyulur.

Yuxu apnoesinin müalicəsi hansı məqsədlə, kimlərə tətbiq edilir?

Yuxu apnoesi öz özünə bir xəstəlik deyil, vacib bir siqnaldır. İnsanın havayolu müqavimətinin yüksək olmasına dair bir siqnaldır. Bunun anatomik, nevrolojik və metabolik səbəbləri ola bilər. Xəstələrin əksəriyyətində səbəb metabolikdir və xüsusilə də bu insanlarda artıq çəki problemi görülür. Anatomik və ya nevrolojik problemi olmadığı müəyyən edilən metabolik problemli xəstələrdə havayolundakı müqaviməti azaltmağa dair bir neçə müalicə alternativi mövcuddur. Bu alternativlərdən biri də yuxu maskalarıdır. Bundan başqa, həyat tərzindəki dəyişikliklər, davranış dəyişiklikləri, dieta, idman kimi tədbirlər də müaicəyə dəstək olaraq ortaya qoyula bilər. Ancaq, metabolik səbəblərə bağlı yuxu apnoesini ən yüksək müvəffəqiyyət nisbəti ilə radikal bir şəkildə və səbəbini aradan qaldıraraq həll edə biləcək tək müalicə alternativi Bariatrik Cərrahiyyə (piylənmə cərrahisi) və Metabolik Cərrahiyyədir. Piylənmə cərrahiyyəsindəki təməl hədəf xüsusilə diabet və metabolik sindromun digər elementlərinin effektiv və radikal bir şəkildə müalicə edilməsidir. Bu əməliyyatlardan sonra həm hava yolunun altındakı yağ toxuması azalır, həm də bədəndəki artıq su atılacağı üçün ürək və ağ ciyərin üstündəki iş yükü də boşalır.

Klinikanızda daha çox hansı xəstələri müalicə edirsiniz?

Klinikamızda biz daha çox Metabolik Cərrahiyyə bazalı müalicələr tətbiq edirik. Xəstələrimizin tamamı ağır diabet xəstələridir. Ancaq, hardasa 10-15%-lik hissəsi eyni vaxtda ağır yuxu apnoesi olan xəstələrdir. Kliniki tədbiqatlarımızda BDİ əməliyyat qərarı vermək adın birinci kriteriya deyildir. Burada vacib olan, Metabolik Sindromun hansı elementinin daha aparıcı olduğu və həyat keyfiyyəti və uzun müddətli həyat standartları nöqteyi nəzərdən müəyyən edici olmasıdır. Əməliyyat sadəcə çəkinin azalması, kilo kontrolu və buna bağlı hava yolları müqavimətində azalma kimi nəticələr vermir, eyni zamanda dövrandakı artıq maye yükü və bədən hissələri arasındakı artıq maye dəyişimlərini də azaldır. Apardığımız əməliyyatın tibb dilindəki adı da “Qalça bağırsağın interpozisiyası” əməliyyatıdır.

Əməliyyata dair texniki detallar nədir?

Əməliyyat; mədə, on iki barmaq bağırsağı və nazik bağırsaqdan ibarət olan və laparoskopik olarak aparılan bir cərrahiyyə prosedurasıdır. Bu əməliyyatla aparılan hər proseduranın bir hormon hədəfi var. Nəticədə insulin müqaviməti və aclığa səbəb olan hormonlar oyandırılır. Əməliyyat hardasa 4-4.5 saat çəkir. Xəstə əməliyatdan 1 gün qabaq xəstəxanaya yatır, əməliyyatdn sonra isə 5-6 gün xəstəxanada qalır. Sonra da xəstələr 1 həftə də evdə istirahət edirlər. Ümumiyyətlə 15 günlük bir müddətdən sonra xəstələr işlərinə qayıda bilərlər.

Xəstə əməliyyatdan necə fayda götürür?

Qalça bağırsağın interpozisiyası əməliyyatları metabolik sindromların elementlərində azalma ilə nəticələnir. Bundan başqa, həm sistemik dövrandakı, həm də ağciyər dövranındakı iş yükü və artıq maye azalır. Yuxu maskasından istifadə edən şəxslər əməliyyatdan 3-4 həftə sonra maskaya ehtiyac duymurlar. Ürək əzələsi, ürək və ağ ciyər damarlarındakı düzəlişlər isə xəstəliyin dərəcəsindən asılı olaraq müsbət şəkildə baş verir. Əməliyyatdan sonra, xüsusilə də geri qayıtmaz mərhələyə gəlməmiş orqan zədələnmələrində bir neçə ay ərzində müəyyən düzəlmələr olur.

 

az.metabolikcerrahi.com saytının tərkibi məlumat üçün hazırlanmışdır, tibbi diaqnoz və müalicə xüsusiyyəti daşımır.
az.metabolikcerrahi.com saytının tərkibi icazəsiz və mənbə göstərilmədən köçürülə bilməz.
Sitemap
go to top